Ermənistanda sığınacaqda ölən 15 əsgərin anası araşdırma tələb edir

Göyçə vilayətinin Ağkilsə kəndində Ermənistan ordusuna məxsus sığınacaqda baş verən yanğında həlak olan 15 hərbçinin valideynləri Ermənistanın daxili işlər nazirinin müavini Kamo Tsutsulyanla görüşüb.
Adalet.az erməni mediasına istinadla xəbər verir ki, danışıqlar zamanı yaxın günlərdə hadisə yerində bəzi araşdırmaların aparılması ilə bağlı razılıq əldə olunub. Bunu ölən əsgərlərin valideynlərinin vəkili Norayr Norikyan yazıb.
Vəkilin bildirdiyinə görə görüşdə Fövqəladə Vəziyyətin İdarə Edilməsi üzrə Milli Mərkəzin rəis müavini Arsen Saroyan da iştirak edib.
Qeyd edək ki, hadisə bu ilin yanvar ayının 19-da gecə saatlarında baş verib.
Vasif Əlihüseyn
Digər Xəbərlər

"Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq" - Paşinyan

Melaniya Ağ Evə gəlmir, onun da işlərini Tramp görür

Pakistanın daimi nümayəndəsi: Hindistanın hərəkətlərini müharibə kimi qiymətləndiririk
