"Ermənistanı türklərdən təmizləməli" deyilən gün faciələrin başladığı gündür
Qarabağda separatizmin baş qaldırdığı ilk günlərlə bağlı ötən dəfə ki,Hay həyasızlığının Qarabağ səhifəsi: "Qarabağı Ermənistana birləşdirin" -37 məqalədə bildirmişdik ki, 1988-ci il 12-13 fevralda ermənilər Xankəndində Vilayət partiya komitəsinin binası qarşısında ilk və çox coşqulu eyni zamanda araqarışdırıcı bir mitinqi keçirirlər.
Adalet.az xəbər verir ki, bu "coşqu"dan təsirlənən və həvəslənən İrəvan erməniləri də mitinqlərə başladı.
Türk düşmənçiliyinə rəvac verən həmin mitinq 1988-ci il 19 fevralda İrəvanda nə qədər separatçı, millətçi, şovinist var hamısını ayağa qaldırdı. Bəlkə də, qəlblərinin bir küncündə azərbaycanlılara, ümumilikdə türk dünyasına qarşı nifrətlərini ucadan bağırdıqların yalnız həmin günə təsadüf edir.
Çünki mitinqdə "Ermənistanı türklərdən təmizləməli", "Ermənistanda ancaq ermənilər yaşamalıdır" şüarları səsləndirir, yazılı trafaretləri isə şəhərin hər tərəfinə səpələyirdilər .
Eyni mitinq Bakıda da həmin gün keçirilirdi, amma heç kim ermənilər kimi "ermənisiz Azərbaycanda yaşamaq istəyirik", Azərbaycandan ermənilər təmizlənsin "şüarı söyləmirdi. Hamı bir ağızdan 1988-ci il 19 fevralda Bakıda "Qarabağ bizimdir!" şüarları ilə Qarabağın ermənilər tərəfindən mənimsənilmə prosesinə etiraz edirdi.
Artıq 1988-ci ilin yanvar ayınadək Qarabağ münaqişəsinin yeni mərhələsinin startı üçün bütün hazırlıq yekunlaşmışdı. Heydər Əliyevin ittifaq rəhbərliyindən uzaqlaşdırılması ilə mərkəzdə ermənilərin xeyrinə dəyişən balans problemin həllində Moskvanın birbaşa olaraq ermənipərəst mövqe tutacağını şərtləndirmişdi.
12 fevraldan Xankəndidə Ermənistandan xalq deputatları qismində vilayətə gələn emissarların təşkilatçılığı ilə mitinqlər başladı. İlk dəfə olaraq bu mitinqlərdə “saqqallılar” adlanan xüsusi hərbi dəstənin üzvləri də göründü. Rəsmi Bakının isə tərəddüd göstərməsi vəziyyətin daha da gərginləşməsinə şərait yaradırdı.
Sabah isə ermənilər növbəti dəfə separatçı addım üçün birləşmişdi...
Bizi izləyin və bu tarixi heç vaxt unutmayın! Tarixi unudarsan, tarix unutduğun anları sənə bir də yaşadar!
Əntiqə Rəşid
Digər Xəbərlər
08 Yanvar 2026 19:09
Sahil Babayevə müavin TƏYİN OLUNDU - FOTO
08 Yanvar 2026 18:30
Sabah Ağdərənin dörd kəndinə ilk köç olacaq
08 Yanvar 2026 13:26
Məişət zorakılığından zərərçəkənlər mühafizə orderi üçün ərizəyə görə rüsum ödəməyəcək
08 Yanvar 2026 12:38
"Qardaşımın oğlu özünə toy da edə bilər, hətta Marsa da uça bilər" - Razi Nurullayev
08 Yanvar 2026 12:35
Prezident açılışda çıxış etdi - Tam mətn + FOTOLAR/YENİLƏNİB
08 Yanvar 2026 11:46
İrəvan Azərbaycanla bağlı bu məlumatı təsdiqlədi
08 Yanvar 2026 10:44
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edildi
08 Yanvar 2026 10:40


Bakı -°C


jpg-1739948416.jpg)
