adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 Aprel 2024 11:27
419
DÜNYA

Ermənistanın MN-nin keçmiş binası partladılıb

Ermənistan Müdafiə Nazirliyinin keçmiş binası hökumətin qərarı ilə partladılıb.

Adalet.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, nazirlik indiki binaya köçürüldükdən sonra burada evi olmayan ailələr məskunlaşıb.

    2023-cü ildə binaya baxış keçirilib və onun qəzalı olması barədə rəy hazırlanıb. Daha sonra hökumət həmin il aprelin 15-də tikilinin sökülməsinə qərar verib.

    Həmin qərar bu gün səhər saatlarında icra edilib.