24 Oktyabr 2024 17:00
290
DÜNYA

Ermənistanın müdafiə naziri Azərbaycanla sərhəddə

Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan Azərbaycanla sərhəd zonasına səfər edib.

Adalet.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Qeyd olunub ki, nazir departamentdə akkreditə olunmuş media nümayəndələrinin də sərhəd və arxa mühafizə məntəqələrində aparılan işlərin gedişi ilə tanış olmalarına şərait yaradıb: "Müdafiə idarəsinin rəisi görülən işlərin təfərrüatlarını təqdim edib, daha sonra media nümayəndələrinin suallarını cavablandırıb".