24 Oktyabr 2024 13:00
383
SİYASƏT

Ermənistannın 53 QHT-si açıq hücuma keçdi: "COP29 -u  baykot edin"

Ermənilər yenə bəd niyyətlərindən əl çəkmir, Bakıda noyabrın 11-də keçiriləcək COP29 tədbirinə əngəllər yaratmaqda israrlıdır.


Adalet.az xəbər verir ki, Ermənistan Respublikasının vətəndaş cəmiyyəti təşkilatları BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəflərinə və konvensiyaya üzv ölkələrin konfransının 29-cu sessiyasının (COP 29) iştirakçılarına müraciət edib.

Bu barədə “Ecolur” informasiya QHT-dən məlumat verilib. Çağırış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyinə, “Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyada İqlim Fəaliyyəti Şəbəkəsi” QHT şəbəkəsinə, Cee Bankwatch şəbəkəsinə, Beynəlxalq İnsan Hüquqları Federasiyasına, Ermənistandakı səfirliklərə, beynəlxalq təşkilatlara göndərilib.
Bəyanat Azərbaycana qarşı başdan ayağa böhtan, şaiyə xarakterlidir. Ermənilər bəyanatda ağıllarına gələn cəfəngiyyatları uydurararaq bu bəyanatla COP29 tədbirinin baykot olunmasına çalışırlar.  Bəyanata 53 QHT imza atıb.


Qeyd edək ki, türkiyəli araşdırmaçı yazar Cahan Fulser COP29-la bağlı aparılan qaralama kampaniyasına münasibət bildirərkən deyib ki, qlobal güclərin maliyyələşdirdiyi media Azərbaycan və Türkiyəyə iqlim, təbiət, ədalət və insan haqları mövzusunda təzyiq göstərməyə çalışır. Beynəlxalq Əfv Təşkilatı, BBC, "Human Rights Watch”, VOA, "Greenpeace" kimi qrupların niyəsə dünyanı çirkləndirənlərlə bağlı deyil, bizlərlə bağlı mənfi təəssürat yaratmaq istədiyini görürük.

 Əntiqə Rəşid