Əsgərin yanından qayıdan ailə qəzaya düşdü: ölən var
Yevlax rayonunda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var.
Adalet.az Report-a istinadən xəbər verir ki, hadisə Yevlax-Bərdə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-2106 markalı avtomobillə digər minik avtomobilin toqquşması nəticəsində sürücü - Tovuz rayon sakini, 1953-cü il təvəllüdlü Əmrah Mahmudov ölüb, bir ailənin 3 üzvü - Tovuz rayon sakinləri, 1976-cı il təvəllüdlü Yaşar Alıyev, onun qızı, 2002-ci il təvəllüdlü Aytac Alıyeva və 2010-cu il təvəllüdlü Amil Alıyev isə xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Digər Xəbərlər
08 Sentyabr 2026 16:41
“Gənclik Mall”da xəbərdarlıq sistemi niyə işə düşüb? - AÇIQLAMA
08 Sentyabr 2026 10:27
Küləkli hava şəraiti ilə bağlı XƏBƏR: 4 nəfər yaralandı
08 Sentyabr 2026 09:51
Hacıqabulda QƏZA: Ölən və yaralananlar var... - YENİLƏNİB
08 Sentyabr 2026 09:44


Bakı -°C

