Əsirin bacısı: “Rusiyadan əsirlikdən qaytarılan “azovçu”ların 99 faizi əlsiz-ayaqsızdır”
“Azov” alayının 43 hərbçisi rus əsirliyindən sonra vətənə qayıdıb. Onların 99%-i əzalarını itirib.
Bu barədə “Azov”un 36-cı əlahiddə dəniz piyada briqadasının komandiri Serqey Volınskinin bacısı və Azovstal Müdafiəçilərinin Ailələri Assosiasiyasının nümayəndəsi Tatyana Xarko danışıb.
Onun sözlərinə görə, azad edilən əsgərlər dəhşətli vəziyyətdədir. Lakin onlar Rusiyadan əsirlikdən vətənə dönə bildiklərinə görə sevinirlər.
“Demək olar ki, hamısı – 99 faizi əlsiz, ayaqsızdır. Bəziləri eşitmir, bəziləri görmür, amma gözləri xoşbəxtdir, bəziləri göz yaşları ilə danışır, bəziləri danışa bilmir... Hazırda məncə, yoldadırlar”, - deyən Xarko bütün müdafiəçilərin tibbi yardıma ehtiyacı olduğunu vurğulayıb.
Volınskinin özü əsirlikdən geri qaytarılmayıb. Bacısı müdafiəçinin ailəsinin onunla heç bir əlaqəsinin olmadığını, ümumiyyətlə əsir düşəndən sonra haqqında heç bir məlumat ala bilmədiklərini deyib.
Xatırladaq ki, iyunun 29-da Rusiya Federasiyası ilə müharibə başlayandan bəri ən böyük əsir mübadiləsi həyata keçirilib - “Azov”çular da daxil olmaqla 144 müdafiəçi vətəninə qaytarılıb.(oxu.az)
Digər Xəbərlər
11 Sentyabr 2026 23:23
Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək
11 Sentyabr 2026 23:03
ABŞ İran xalqının təslim olmasını istəyir - Pezeşkian
11 Sentyabr 2026 20:30
Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
11 Sentyabr 2026 20:00


Bakı -°C

