“Exit-poll” keçirilməsi üçün sənədlərin qəbulu müddəti gələn həftə başa çatır
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbulu müddəti gələn həftə başa çatır.
Adalet.az xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.
Seçki Məcəlləsinə əsasən, “exit-poll” keçirmək niyyətində olan təşkilatlar Mərkəzi Seçki Komissiyasına (MSK) səsvermə gününə ən azı 20 gün qalanadək müraciət etməlidirlər.
Təqvim planında bu müddət 2025-ci il yanvarın 9-da başa çatır.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.
Digər Xəbərlər
03 Yanvar 2025 10:03
4 ay əvvəl yaradılan İntizam Komissiyası yenidən formalaşdırılacaq - SƏBƏB
01 Yanvar 2025 14:33İranın diplomatı XİN-ə çağırıldı - Sərt etiraz!
01 Yanvar 2025 00:33Prezident: Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb
01 Yanvar 2025 00:24Prezident bu il Azərbaycan üçün ən narahatedici məqamı AÇIQLADI
01 Yanvar 2025 00:15