16 Oktyabr 2024 16:28
93
ƏDƏBİYYAT

EYBƏCƏRİN GƏLİŞİ - Əlisəfa Azayev yazır

Qönçəgülün bir o qədər yaşı olmasa da, ehtiyac onu yollara salmış, ara alverçiliyi ilə məşğul idi. Özü də həmişə yola tək yox, yeganə oğlu ilə çıxardı. Faiqin çox yaşı olmasa da, dəcəlin biri idi. Hər şeylə maraqlanar, sorğu-sual edərdi. Bunun uşaqda yaxşı xüsusiyyət olduğunu bilsə də, çox vaxt susar, ona cavab verməməyə çalışardı. Sonra da bu hərəkəti üçün peşmançılıq çəkirmiş kimi deyərdi:

  • Yaxşı, burnunu sallama...
  • ...
  • Bayaq nə soruşurdun?..
  • Atamı...
  • Xeyir ola...
  • Nə vaxt gələcək?
  • Mən nə bilim hansı cəhənnəmdədi...

Əslində qadın Rusiyaya gedən ərinin ölüm xəbərini almış, bunu oğluna bildirmirdi. Yaxınlarının deməsinə görə, onu gətirə bilməmiş, elə oradaca dəfn edib gəlmişdilər. Bu xəbərin nə qədər doğru-düzgün olmasını bilməsə də, gənc qadın ömrünü namusla, ləyaqətlə yaşamış, pozğun işlərlə arası olmamışdı.

Yazın gəlişi hər yanda bir canlılıq yaratmışdı. O cümlədən Mədət kişinin həyətində. Bayaqdan gözlərini zilləyib həyətdəki toyuqlara, itə baxmaqda idi. Xoruzun dəcəlliyinə hərdən lap əsəbiləşən kimi olurdu. Hər an bir toyuq basmarlayırdı. Sonra da it... Ona yaxın gələn qonşu itin yolunu kəsə bilmirdi. İndi də kütləşib elə bir yerdə qalmışdılar. Tərpənə bilmirdilər...

Bir azdan qapı döyüldü... Gələn vardı. Mədət kişi eşiyə çıxanda ara alverçisi Qönçəgülü oğlu ilə həyətdə dayanmış gördü. Hava soyuq olduğu üçün onları evə dəvət elədi:

  • Buyurun...
  • ...
  • Qonağımız olun...

Oğlu həyətdəki dovşanlara baxmağa getsə də, gənc qadın gülümsər halda yuxarı qalxdı. Əllərində də qoşa həsir zənbilləri... Soruşdu:

  • Bəs Mədinə xala hanı?
  • Mədinə xalan rayon mərkəzinə, hüzur yerinə gedib.
  • Gec gələcək?..
  • Yəqin ki, günortadan sonra...

Qönçəgülün nəyi olmasaydı da, yaxşı şirin baxışı, gözəl bədən quruluşu vardı. Sanki yumru yumurta idi. Kişi hər dəfə onu görəndə hərarətlənən kimi olurdu. Sanki qadının enerjisi bir andaca onu öz təsiri altına alırdı. Bunu hiss edən həyat yoldaşı Mədinə deyərdi: “Mən evdə olmayanda qapını açma”. İndi qapı necə açıq qalmışdı, ona məlum deyildi. Bəlkə, elə gənc qadın oğluna açdırmışdı. Bir də ki, arvadı onu onun yanında o qədər pisləmiş, “eybəcər” demişdi ki...Ancaq indi diqqətlə baxanda gənc qadının heç də belə olmadığını hiss etdi.

  • Hə, göstər də, görək nə gətirmisən, gərək elə Mədinə xalan ola?!

Gəlin həvəsli halda onları bir-bir göstərməyə başladı:

  • Yaxşı kənd çolpası...
  • Yonulmuş...
  • Hə... Bu da yumurtalar...
  • Pendirin də var?..
  • Var... Hətta balım da...
  • Qaymaq necə?
  • Ondan da...
  • Aləmsən ki...

Gənc qadın bu sözləri eşidəndə istilənən kimi olsa da, üzə vurmadı. Öz malını yerbəyer edəndə, kişi dedi:

  • Onları az o tərəf-bu tərəfə elə. Hamısını alacağam...
  • Yox a...
  • Hə nolar ki hamısını alanda ?..
  • Heç... Puluna minnət...

O indi də pəncərədən ağ dovşanları oynatmaqda olan oğluna baxmaqda idi ki, arxadan görünən mənzərə kişini lap təsirləndirdi. Gənc qadın yüngül paltarda idi. Güllü donu yuxarı dartılmış, dolu baldırlarının xeyli hissəsi arxadan açıq qalmışdı. O da yeniyetmə bir uşaq, cavan kimi gəlib onun yanında əyləşərək, həyətə baxanda, kişi soruşdu:

  • Necədi?.. Xoşuna gəlirmi?..
  • Hə...Gözəl mənzərədi...

Bu an gənc qadın güləndə, kişi soruşdu:

  • Nolub ki?
  • Heç nə...
  • Yenə də...
  • ...
  • Doğrusunu de...
  • Görmürsüz... İtləri...

Kişi artıq yetmiş yaşını adlasa, nə vaxtdan bəri kəbinli həyat yoldaşı ilə bacı-qardaş kimi yaşasa da, indi daha dözə bilmədi, onun əlinə toxunası, tutası oldu... Sığalladı...

Qönçəgülün tərpənmədiyini, etiraz etmədiyin görüb, lap cəsarətlənən kimi oldu:

  • Nə yumşaq...
  • ...
  • Zərif əlləriniz var...
  • ...
  • Zəhmətkeş əlləri...
  • ...
  • Qoy onları bir öpüm...

Onu nə vaxt qucaqladığını, soyundurduğunu bilmədi. Elə arxadanca qucaqlamış, öz işində idi. Hərdən pörtüb-qızarmış gənc qadının titrək səsini eşidirdi:

  • Gələn olar...
  • ...
  • Yavaş da...
  • ...
  • Öldürdün ki, məni...

Oğlu dovşanları buraxıb evə tərəf gəlmək istəyəndə gənc qadın əl-ayağa düşdü... Oğlunu səslədi:

  • Faiq, əmi onlardan birin sənə verib... Tutarsan...

Oğlanın dovşanı tutması xeyli çəkdi. Onlar da öz işlərində oldular. Kişi ondan əl çəkmək bilmir, cavanlıq eşqi ilə məşğul olurdu. Gənc qadının bədəni xeyli təravətli, isti idi. Onu hey öpüb, oxşayır, lətif dodaqlarını az qalırdı ki, sümürüb yerindən qoparsın. Beləanlarda gəlin dilin oynadır, onu daha da həvəsləndirirdi...

Ondan ayrılanda lap leş kimi qaldı. Yaşına yaraşmayan işlərlə məşğul olmuş, bu səbəbdən xeyli zəif düşmüşdü. Otaqdan çıxanda gənc qadın xatırlatdı:

  • Bunları alırsan?
  • Hə...
  • Bəs pul...
  • Tələsmə, verəcəyəm...
  • Əsas odu...
  • Elə bu da...

Kişi ona bir şax əllilik verəndə, gəlinsoruşdu:

  • Bəs o birinin haqqı?
  • Nəyin? Balın?
  • Yox...
  • Qaymağın?
  • Südün... – Bu sözü deyib, güldü.-Döşlərim hələ də ağrıyır... Giləsini az qala yerindən qoparmışdın...
  • Elə o birisi də ləzzətli idi...

Bir iyirmi manatlıq da bunun üçün verəndə, gənc qadın dodaq büzdü:

  • Belə ucuz...
  • Yaxşı, al... Bunun üçün də əlli...
  • Pulun olanda yüz verərsən... Mən belə ucuz qadın deyiləm...

Beləcə kişi əsl mənada o gündən çıxılmaz bataqlığa düşdü. Bir də gördü ki, bir həsirdi, bir də Məmmədnəsir...Onunla nə qədər dənizə, dağ döşünə getmək olardı. Bu qadın əsl mənada zəliyə dönmüşdü. Cəhənnəm pulu, onun canın da alıb, xeyli zəiflətmişdi.

Bu səbəbdən ağır xəstələnib yatağa düşmüşdü. Bir gün yenə gəldi. Özü də bu dəfə oğlu ilə deyil. Tək gəlmişdi. Arvadının şəhərə getməsini o, haradan bilmişdi, bilmirdi...Gəlib yanında əyləşəndə dedi:

  • Qoy səni bir ovxalayım da...
  • Ovxala...
  • Həm də öpüb-oxşayım...

Beləcə onu yenə də oyatdı da...Dedi:

  • Onda gedib qapını bağlayım da.
  • Əziyyət çəkmə, bağlamışam...

Onu yatağa uzandırmaq istəyəndə, əvvəl razılaşmadı...

Dedi:

  • Bax elə burada, divanda... Bura çox xoşuma gəlir...

O əlacsız qalıb onun dediklərinə əlac edəndə, şaqraq gülüşləri otağı başına götürmüşdü. Dözə bilməyib dilləndi:

  • Yaxşı...
  • ...
  • Eşidən olar...
  • ...
  • Qonşulardan ayıbdır...

Arada onu lap sancıdı, acıladı:

  • Bir hərəkət elə də... Səndə dovşan kimisən...Belə zəif, süst...
  • ...
  • Bax o xoruzu görürsən...Öz işindədi...
  • ...
  • İtlərə bax... Hələ də bir-birilərindən ayrılmayıblar.

Həmin axşam özünü lap pis hiss elədi. Cəhənnəm pulu, özü yaman günə qalmışdı. Yenə əvvəl gələndə Qönçəgül ondan-bundan gətirirdi.

İndi müasircəsinə geyinmiş, heç əlinə zənbil almırdı.

Oğlunu soruşdu:

  • Faiq necədi?
  • Yaxaşıdı.
  • Bəs onu niyə gətirmirsən?
  • Dərsə gedir...
  • Əvvəllər bəs getmirdi?
  • Hərdən qalırdı da... Ehtiyacın üzü qara olsun.
  • İndi pullanmısan?..
  • Hə...
  • ...
  • Sənin köməkliyinlə...
  • Məni...
  • ...
  • Qara günə qoymusan da...

Qadın onun bu sözlərinə duruxanda dedi:

  • Elə o yunan filosofu düz deyib. Həyatda üç qorxulu şey var...
  • Nə?..
  • Birincisi, alov...
  • Bəs ikincisi?
  • İkincisi, qadın...
  • Üçüncüsü?
  • Üçüncüsü, dəniz...
  • Dənizdən də mən qorxuram, onun adını çəkmə...

Sonra da Qönçəgül başladı öz başına gələn bir əhvalatı danışmağa:

  • Qohumlarımızgilə gedirik. Yay günü idi. Gəmi-bərə sahilə çatan kimi hamı tökülüşdü dənizə... Mən onda hələ gənc idim... Çılpaqlanmış bu adamları görüb sıxıldım, sağ tərəfdəki sakit tərəfə addımladım. Tərs kimi orada da yazılmışdı: “Zapritni zona”. Yəni, qadağan olunmuş zona.
  • Hə, belə olur...
  • Dedim ki, bir az yaxalansam dünya dağılmayacaq ki... Dənizə girməyimlə su apardı da məni...
  • Aman Allah!..
  • Hə... Ayağımın altı da sanki yumşaq, şirə kimi idi. Necə yıxıldığımı, suyun altına getdiyimi bilmədim...
  • Bədbəxtlik...
  • Allaha yalvarırdım ki, məni qardaşlarım yanında üzüqara etməsin. Nə biləcəklər ki, necə olub bura düşmüşəm...
  • Bax da...
  • İnanın, az sonra sanki bütün ölülərimiz başıma yığışıb, deyib-danışır, şənlənir, rəqs edirdilər...
  • Ruhlar imiş də...
  • Birdən sanki gizli bir varlıq mənə kömək elədi, donumun altı hava ilə qabarmış halda suyun üzünə çıxdım...
  • Elə ondan da beləcə dadlı, ləzzətli olmusan da...
  • Zarafat elə... Səsimə, harayıma cavan bir oğlan yüyürdü... Əlacsız halda suyun içində çırpınır, köməyə adam sələyirdim...
  • İşə bir bax da...
  • Bax ondan beləcə dənizə getməyə qorxuram...
  • İndi də hərarətlisən...
  • Daha qurtar, az məni istismar elə... Qoca qurd... Xırda-xırda yeyib-tökürsən ha... Dağıtmadığın yer qalmayıb... Deyəsən uşağa qalacağam...
  • Ədəbli danış...
  • Bəs nə bilirsən... Belə işlərin axırı budu da...

Həqiqətən də, bir müddət xəbər yayıldı ki, Qönçəgülün uşağı var. Ancaq onun kimidən olmasını deyən yox idi. Həyat yoldaşı maraqlananda, gənc qadın deyib:

  • Biri sataşdı da...
  • Kim?!.
  • Elə sizin məhəllədə...
  • Gənc idi, yoxsa yaşlı?
  • Elə sizin əriniz kimi olardı...

Qadın həmin gün dərd içində evə gəlib, bildirdi:

  • Xəbərin var da, bizə o gəlib-gedən ara alverçisinə toxunan, zorlayan olub. Bədbəxt qız uşağa qalıb... Tərs kimi əri də burada yox...
  • Onun əri...
  • Hə...
  • Əri olub ki...
  • Bəs bu uşaq kimdəndi?!.
  • Mən nə bilim...
  • Yox, düzünü de...
  • Deyəsən, qaralamağa adam tapmırsınız.

Qadın hiddətləndi:

  • Mənə yox da...Onun at yalına oxşayan saç tüklərini mitildən özüm tapmışam. Sənə bildirmək istəmirdim...

Kişi yenə inad etdi:

  • Sakit! Görən harada pasını təmizlədib... Məndə elə ox-yay haradadı. Ölüb öz günümə qalmışam.
  • İndi bunu aydınlaşdırmaq bir o qədər də çətin deyil. Uşaq olan kimi DNT testi keçirib, dəqiqliyinə kimi bilirlər.

Bu söhbət bir də təkrarlananda arvad kövrəldi:

  • Ay etibarsız, axırı dözə bilmədin...Mənim uşağımın olmamasına...

Kişi and-aman elədi:

  • İnan, bu heç yatanda da mənim yuxuma girməzdi. Gözəl mənzərə işləri korladı...

Sonrada başladı başına gələnləri olduğu kimi həyat yoldaşına danışmağa. Qadın hiddətləndi:

  • Sənə dedim ki, o dovşanları rədd elə də. Dovşanın həyətdə olmasının düşər-düşməzi olur.
  • Bəs xoruzu neyləyək?!.
  • Onu da kəs...
  • Bəs iti?!.
  • Onu da rədd elə!.. Burax, qov getsin!..

Bu sözləri deyəndən sonra nə vaxtdan sonra həmişə ondan uzaq qaçan qadın ona yaxın gəlib, pıçıldadı:

  • Məni sığalla...
  • ...
  • Qucaqla...
  • ...
  • Öp-oxşa...

Sanki o bir andaca odlu kürəyə dönmüşdü. Zığıldaya-zığıldaya dilləndi:

  • Mənim canım var səninlə məşğul olum?..
  • Məşqul olarsan...
  • ...
  • Bəs o çəngi ilə nə cütləşmişəm...
  • ...
  • Onunku belə şirindi məgər?!.

Bu isti münasibətdən bir müddət sonra qadın özündə əsl mənada dəyişiklik etməyə başladı. Artıq otuz il idi ki, onlar evli idilər, bir yerdə yaşayırdılar. Heç vaxt bədənində belə dəyişiklik hiss etməmişdi. Növbəti dəfə münasibətdə olanda ərinə dedi:

  • Belə yaşamaq olar?..
  • Niyə ki?..
  • Deyəsən, mən uşağa qalmışam axı...

Əri onun bu sözlərini zarafat bildi. Dedi:

  • Məndə hardadı belə kəramət...
  • Sən onu demə...
  • ...
  • Eybəcərin kisəsini doldurmamısan?!..
  • Beş-on manat pul vermişəm də...
  • Mən onu demirəm...
  • Çolpasını?..
  • Yox!..
  • Balınıı?
  • Sus!
  • Pendirini?..
  • Vuraram!..
  • Qaymağını?
  • Elə isə al gəldi!..
  • Vur, haqqın var... Həqiqətən də, mən yolumu azmışdım...
  • Uşağı götüzdürüb...
  • Bəs səninki?!.
  • Mən onu yaşadacağam...

Qadının, həqiqətən də, uşağı oldu. Ancaq eybəcər onlardan ayağını üzmədi ki, üzmədi... Bəzən də zənbilli-zənbilsiz onlara gələrdi. Bir gün Mədinə ona lap təpinən kimi oldu:

  • Daha bəsdir səmə-səmə gəzdiyin... Oğlun hanı?
  • Dərsə gedir...
  • İndi ki, tətildi...
  • ...
  • Bir də səni bu həyətdə görməyim...

Eybəcər bir söz deməyib oradan uzaqlaşsa da, öz gücünə, bədəninin gözəlliyinə əmin idi. Onun əri ondan çətin əl çəkəcəkdi. Bir azdan yenə də, ona tərəf can atacaq, onu soyundurub ətirli güllər tək qoxulayacaq, həzz alacaqdı... Təbiət ona üz gözəlliyi verməsə də, bədən gözəlliyi vermişdi...