Əziz Sancar Diasporla İş üzrə Dövlət Komitəsində olub
Dünya şöhrətli alim, Nobel mükafatı laureatı, professor Əziz Sancar Diasporla İş üzrə Dövlət Komitəsində olub və komitənin kollektivi ilə görüşüb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Adalet.az-a verilən məlumata görə, qonağı salamlayan Komitə sədri Fuad Muradov onu yenidən ölkəmizdə görməkdən məmnunluq duyduğunu bildirib, Əziz Sancarın həyatının, elmi fəaliyyətinin və türk dünyasının mənəvi birliyi üçün gördüyü işlərin gənclərimizin milli-mənəvi dəyərlərə sədaqət, vətənpərvərlik ruhunda yetişməsində, qloballaşan dünyada elmə, təhsilə olan marağın artmasında böyük stimul olduğunu vurğulayıb. Komitə sədri Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyəti sahəsində gördüyü işlərə görə Əziz Sancara xüsusi təşəkkür edib.
Görüşdə iştirak edən Humboldt mükafatı almış ilk azərbaycanlı riyaziyyatçı, professor Məsud Əfəndiyev son illər diaspor quruculuğu sahəsində görülən işləri yüksək qiymətləndirib, Əziz Sancarı Azərbaycanın böyük dostu adlandırıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən Əziz Sancar eyni soykökə, milli və ortaq dəyərlərə əsaslanan Türkiyə-Azərbaycan dostluğundan, qardaşlığından söz açıb, türk dövlətləri arasındakı münasibətlərin daha da möhkəmlənməsi üçün əlindən gələni etməyə hazır olduğunu və hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb, Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti ilə bağlı tövsiyələrini verib.
Görüşün sonunda xatirə şəkli çəkilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 10 sentyabr 2021-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə Əziz Sancar “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilib.
Digər Xəbərlər
27 Oktyabr 2026 15:32
Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
27 Oktyabr 2026 11:46
Türkiyədən ali təhsildə yaşıl dönüş
26 Oktyabr 2026 18:10
Məktəblərdə bir təhsilalana düşən illik təhsil xərcləri təsdiqləndi
26 Oktyabr 2026 16:33
Azərbaycan Universiteti “Geopoetika” kitabının təqdimatını keçirib
26 Oktyabr 2026 11:19
"İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir" - Elm və Təhsil Nazirliyi
25 Oktyabr 2026 17:43
Peşəkar mühasib sertifikatı üzrə II mərhələ imtahanı keçirilib
23 Oktyabr 2026 17:45
Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi
23 Oktyabr 2026 16:12


Bakı -°C

