“Həmin məscidlərin hamısı rus-erməni işğalı zamanı məhv edilib”
“Qədim İrəvanda, habelə bütün Qərbi Azərbaycan ərazisində tarixən çoxsaylı dini, mədəni abidələr, kilsələr və məscidlər olub. Qafqaz Albaniyasından bəri bütün bir tarixi irs şübhəsiz ki, Azərbaycanla bağlıdır, xalqımıza məxsusdur. Lakin zaman - zaman işğallar, hücumlar nəticəsində bu abidələrin demək olar ki, çoxu dağıdılıb, məhv edilib yaxud da təhrif olunub”.
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
O, bildirib ki, bu məscidlərdən biri də İrəvan şəhərindəki Rəcəb Paşa məscididir:
“1724-cü ildə İrəvan yenidən Osmanlı nəzarətinə keçdikdən sonra türk sərkərdəsi Rəcəb Paşa şəhərin inkişafı üçün bir sıra tədbirlər həyata keçirib, həmçinin bu məscidi inşa etdirib. Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın elmi araşdırmalarına əsasən məhz Rəcəb Paşanın tapşırığı ilə 1725-ci ildə Qalanın içərisində yeni bir məscid inşa edilmişdi ki, həmin məscid onu inşa etdirənin şərəfinə Rəcəb paşa məscidi adlandırılırdı. Bu məscid düzgün paralelepiped formasında və sferik günbəzli idi, həmçinin Şərq üslubunda həndəsi ornamentlərlə bəzədilmişdi”.
T.İrfan bildirib ki, İrəvan qalasının 1827-cil oktyabrın 1-də rus qoşunları tərəfindən işğalından bir gün sonra Rəcəb Paşa məscidinin günbəzindəki ay-ulduzu çıxarıb, yerində xaç və kilsə zəngi asaraq onu rus pravoslav kilsəsinə çevirmişdilər:
“Daha sonra onun xarici quruluşunda da dəyişiklik edilmiş, fasadına silindrik sütunlar əlavə edilmiş, damına örtük vurulmuş, xristian məbədi formasına salınmışdı. Rəssam Frans Rubonun İrəvan qalasının alınmasına həsr etdiyi rəsmdə öndə Rəcəb paşa məscidi və onun minarəsi, arxa planda isə Xan sarayının yaxınlığında Sərdar məscidinin təsviri verilmişdir. 1930-cu illərdə aparılan “Allahsızlar” kampaniyası çərçivəsində Rus pravoslav kilsəsi də yer üzündən silinmişdir. 1918-1920-ci illərdə tarixi Azərbaycan ərazisində qurulan erməni daşnak hökuməti zamanı və Sovet Ermənistanının ilk illərində Sərdar, Təpəbaşı, Sərtib xan, Hacı Novruzəli bəy məscidlərində Türkiyədən qaçıb gələn erməni qaçqınları məskunlaşdırılmışdılar. 1924-cü ildə İrəvan şəhərinin baş planı təsdiq edilməsindən sonra ilk növbədə şəhərin mərkəzində yerləşən azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinin, o cümlədən məscidlərin sökülməsinə və onların yerində yaşayış kvartallarının, meydanların və parkların salınmasına başlanıldı. Rəsmi qeydlərə görə təkcə İrəvan şəhərində Qala içi və şəhər hissədə 8 böyük məscid, təbii ki, o dövr üçün xarakterik olan çoxsaylı məhəllə məscidləri də mövcud olub. Lakin bunların demək olar ki, hamısı rus-erməni işğalı zamanı məhv edilib”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Avqust 2026 14:35
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB
24 Avqust 2026 12:30
Məşhur aktyorun anım günüdür
24 Avqust 2026 10:13
Bakıda axşam konsertləri təşkil edilib
23 Avqust 2026 23:54
Xalq artisti Tofiq Bakıxanov vəfat etdi
23 Avqust 2026 23:05
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
21 Avqust 2026 17:32
Bakıda “Ahıska türkləri – itmiş sürgünün izində” sərgisi açıldı
18 Avqust 2026 16:53
Bu teatra Müslüm Maqomayevin adı veriləcək
18 Avqust 2026 13:52


Bakı -°C

