Faciəvi şəkildə ölən qadın pediatr imiş - FOTO

Xəbər verdiyimiz kimi, dünən Tovuzun Xatınlı kəndində 42 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Adalet.az xəbər verir ki, bədbəxt hadisə nəticəsində həyatını itirən Kəmalə Əmrahova həkim-pediatr imiş.
O, Novruz bayramını qeyd etmək üçün əmisigilə qonaq gedibmiş. Hadisə də K.Əmrahova hamam otağında olarkən baş verib.
K.Əmrahova pediatr kimi Bakıda və Türkiyədə bir sıra klinikalarda çalışıbmış. O, Azərbaycan Pediatrlar Assosasiyasının üzvü imiş.
Hadisə ilə əlaqədar Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Digər Xəbərlər

Bakıda məşhur şadlıq sarayları cərimələndi

Sumqayıtda partlayış - Bir nəfər yaralandı

Azərbaycanda övladlığa götürülən qız anasını evdən çıxardı - VİDEO

Hacıqabulda ərazilərin sudan təmizlənməsi davam etdirilir - VİDEO

Hacıqabulda selin apardığı velosipedçini polis ölümdən qurtardı - VİDEO

“Vialon” MMC sakinlərlə razılaşmadan söküntü aparır - VİDEO

Hacıqabulda bəzi əraziləri su basdı - 2 nəfər təxliyə edildi -VİDEO
