adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Iyun 2023 13:34
1471
MÜSAHİBƏ

Faiq İsmayılov:“Ermənilərin vəhşi cəza tədbirləri nəticəsində yaranan toplu məzarlıqlar...”

3 iyun 2023-cü il tarixində bir qrup media nümayəndəsi və QHT-lərdən ibarət nümayəndələr Şuşa şəhərinə səfər edərək Şuşa həbsxanasının ərazisində tapılan yeni kütləvi məzarlıq artıq bir neçə gündür sosial şəbəkələrdə qızğın müzakirə mövzusudur.

Mövzu ilə bağlı Şuşada səfərdə olan , Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov Adalet.az-ın suallarını cavablandırır.

- Faiq müəllim, deyəsən, Şuşaya sonuncu səfərinizin ağırlığı hələ üzərinizdə getməyib. Hələ də səsiniz kədərli gəlir...

- Mənfur ermənilərdən azad olan torpaqlarımıza səfər etmək nə qədər xoş hiss olsa da o ərazilərdə toplu məzarların tapılması, bu hadisəyə şahid olmaq əslində çox ağır bir prosesdir. Hələ yurduna-yuvasına mənim kimi 30 il həsrət qalmış biri üçün bu çox dözülməzdi, digər yandan da gözləri hələ də yollarda qalan ana –bacıların bitməyən ümidləri o kütləvi qədirlərlə param parça olur. Neyniyək ki, Allah bizə belə murdar xislətli qonşu- düşmən qismət edib. Qohumlarının, tanışlarımın içərisində də indiyənə qədər itkin yolu gözləyənlər var, mülki şəxs, hərbçi....Görün onlar indi hansı hissləri keçirir....


- Məlumatlara görə, Şuşa həbsxanasının ərazisində tapılan yeni kütləvi məzarlıq böyükdür...


- Bəli bu, Başlıbel, Fərrux, Edillidəki kütləvi məzarlıqlardan ən böyüyüdür, və ehtimal edirəm ki həbsxananın daxili ərazilərində və həbsxananın xaricində bu cür toplum məzarlıqlar çoxdur. Şuşa məzarlığı yeni aşkar edildiyindən burada hələlik DNT və digər Labaratoriya analizləri aparılmayıb. Bu isə məzardakı cəsədlərin kimə məxsusluğu barədə ehtimallar yaradır. Mülki əhalinin də cəsədləri ola bilər, hərbçilərin də ola bilər.

- Biz əvvəllər kinolarda görmüşdük ki, faşistlər dinc insanları kütləvi şəkildə güllələyir, sonra da ya yandırır yada basdırıdlar. Ermənilər də eynən faşist kimi...


- Əslində ermənilər faşistlərdən daha qəddardırlar. O vaxt faşistlər sovet adamlarını güllələyib sonra da basdırırdılar. Amma ermənilər elə etməyib. Bizim ərazilərdə tapılan və toplum halında basdırılan cəsədlərin  ermənilər tərəfindən   diri-diri basdırıldığı məlumdur.
Bir faktı sizə xatırladım, deməli, 1990-cı illərin statistikasına baxanda görürük ki, o dövrdə Ermənistan insan orqanlarının satışına görə dünyada ön yerlərdə dururdu. İşğal dövrü Şuşa həbsxanasında saxlanan əsir və girovların 3-5 min arasında dəyişdiyinui nəzərə alsaq, gütləvi məzarlıqların Şuşada arialında çox olduğunu düşünməyə əsas verir. Bu cür toplum məzarlıqlar həm Şuşa həbsxanasının həyətində və həmdə həbsxana divarlarından kənarda ola bilər.

-Sizcə nə vaxtsa, ermənilər bu tip əməllərinə görə cəzalanacaqlar?

-Şuşa həbsxanasına gətirilən vətəndaşlar bir qayda olaraq Ermənistan hərbçiləri tərəfindən qeydiyyata alındığından, onlar bir başa bu hadisələrdən xəbərdardırlar. İndiyə qədər toplu məzarlıqlar, tapılan insan qalıqları Ermənistanın dövlət səviyyəsində törətdiyi cinayətlərin tərkib hissəsidir. Dinc əhaliyə – girovlara və əsrlərə qarşı törətdikləri əməllərə görə, Ermənistanın siyasi və hərbi rəhbərliyi Haaqa Konvensiyasının mülki əhaliyə, əsir və girovlara qarşı törədilən cinayətlərə görə məsuliyyət daşıyırlar və cəzalarını alacaqlar. Biz ümidimizi üzməməliyik, Dünyanın ikili standaetları varsa, bizim də Ali Baş Komandamız, Ordumuz və haqqını dünyadan almağı bacaran dövlətimiz var! 2020-ci ilə qədər həsrətlə kənardan baxdığımız yurdumuz həm əlçatan olub, həm ün yetən!


- Faiq müəllim maraqlı məlumata görə, sizə təşəkkür edirəm. Çox sağ olun!


Əntiqə Rəşid