adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Yanvar 2022 09:38
647
ƏDƏBİYYAT

Fantaziya - Şəlalə Camal yazır

Felyeton

Beş mininci il də gəlib çatdı. Çox dəyişikliklər, fərqliliklər var. Min illər biz insanlar heyvan əti ilə qidalanırdıq. Amma indi heyvanlar da adi qaydada qidalanır. Quşlar, mal – qaralar insanlar kimi ayaqqabı geyinir, ziynət əşyaları taxır, salonlara gedirlər. Heç də pis görünmür.

İndi insanlar ədviyyatlı ərzaqlarla qidalanırlar.

Atları dənizdə görmək çox maraqlıdır. Onlara çimərlik geyimləri necə də gözəl yaraşır. Insanlar qoyunlarla bir gəzir, atlarla oturub dururlar. Hər heyvanın da özünəməxsus işi var. Şəxsən gördüyümü deyəcəım.

Bir xəstəxanaya girdim. Baş həkim at idi. registrasiyada oturan xanım (hansı ki, məni birinci palataya göndərdi) keçi, xəstəxananın süpürgəçisi isə eşşək idi. Məəttəl qaldım: normal danışırdılar, insani hərəkət edirdilər. Orada pələng də gördüm. Açığı üstümə hücum edər deyə çox qorxdum. Lakin elə deyildi. Onunla tanış oldum. O qədər gözəl xasiyyəti var idi ki, gəl görəsən. Gözündən əməliyyat olunmuşdu, çox heyif.

Mən xəstəxanada çox qalmadım, cəmi iki gün yatdım. O da ki, onurğa sümüyüm bir balaca əzilmişdi deyə özümü narahat hiss edirdim. Xəstəxanadan evə göndəriləndə bir az eynim açılsın deyə mağazalara baxmaq üçün çıxmışdım. Hə... bu arada artıq şəhər, kənd ayrı – seçkiliyi yoxdur. Ancaq dağlıq olan yerlər kənd sayılırdı. Ona da mikrokənd deyirdilər. Qalan kəndlərdə isə ağacları, meşələri yox etmiş, yerində göydələnlər ucaltmışdılar. Bu isə makroşəhər sayılırdı. Nə isə, mən mağazalara baxırdım. Satıcılardan it olanı da var idi, eşşək olanı da. Küçədən toy maşını keçirdi. Dönüb baxdım ki, bir adam quzu ilə evlənirdi. Çox qəribə zamandı.

Mən gələcəkdən keçmişə birbaşa sualtı raket vasitəsilə qayıtdım. İndi 2014 – cü ildir. Amma bu hadisəni kimə danışıramsa inanmır, gülür. Demək olar ki, hamı məni dəli, ya da sadəcə yalançı kimi qəbul edir. Düz də edirlər. Amma mən yalan danışmırdım.

 

 ( 2014 – cü ildə yazılıb )