31 Yanvar 2025 13:58
61
ŞOU-BİZNES

İnsult keçirən Faytonçu Nazimin vəziyyəti açıqlandı - YENİLƏNİB

İnsult keçirən Faytonçu Nazimin vəziyyəti açıqlanıb.

Adalet.az  xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat yayıb. 

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 30.01.2025-ci il tarixində saat 22:22-də Nəsimi rayonu, H. Əliyev prospekti ərazisindən yıxılma səbəbi ilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən müğənni Pişyari (Faytonçu) Nazim qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

30 yanvar 2025-ci il saat 23:56 radələrində 1968-ci il təvəllüdlü şəxs (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib. Xəstəyə neyrocərrah baxışı olub, zəruri müayinələrdən keçirilib.

Xəstə müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub.

 

***12:05

Müğənni Nazim Pişiyari (Faytonçu) xəstəxanaya yerləşdirilib. 

Adalet.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi işemik insult keçirib. Küçədə yıxılan Nazim qapalı kəllə beyin travması da alıb. 

O, hazırda özəl xəstəxanalardan birində müalicə alır.