Fələstinli məhbusların meyitlərində işgəncə izləri aşkarlanıb

Qəzza zolağında HƏMAS-İsrail arasında atəşkəs razılaşması çərçivəsində təhvil verilən fələstinli məhbusların meyitlərində işgəncə izləri aşkar edilib.
Adalet.az xəbər verir ki, bu barədə “The Guardian” yazır.
"Xəstəxana meyitlərin bəzilərində işgəncə əlamətlərinin olduğunu və əllərin bağlandığını bildirib", - məlumatda deyilir.
Həmin məhbusların ölümünün vaxtı və səbəbi hələlik məlum olmadığı bildirilir.