04 Mart 2024 18:00
864
İDMAN

“Fənərbağça” - “Qalatasaray” matçının saatı dəyişdirildi

Türkiyə Superkuboku çərçivəsində baş tutacaq İstanbul derbisinin başlama saatı dəyişdirilib.

Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Belə ki, “Fənərbağça” ilə “Qalatasaray” arasında keçiriləcək Superkubok matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, matç aprelin 7-də Şanlıurfada “11 Nisan Stadionu”nda keçiriləcək.