28 May 2025 16:16
276
DÜNYA

Fəxrəddin Altun: Qardaşlığımızın təməli bu gün daha da möhkəmlənir

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Azərbaycanın 28 May - Müstəqillik Gününü təbrik edib.

Adalet.az xəbər verir ki, o bu barədə "X" sosial media hesabında paylaşım edib.

"28 May Türkiyə ilə Azərbaycan arasında ortaq taleyi, ortaq istiqaməti, sarsılmaz qardaşlığı xatırladığımız qiymətli bir gündür. İki dost ölkə arasında qardaşlığın təməli öz yolunda davam edir, bu gün daha da möhkəmlənir.

Türkiyə Qarabağda olduğu kimi, “bir millət, iki dövlət” anlayışı ilə hər zaman qardaş Azərbaycanın yanındadır. Bu hisslərlə Can Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edirəm", - postda qeyd olunub.