FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Bu barədə Adalet.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi, hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi çaylardan sel və daşqın keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Həmçinin, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Digər Xəbərlər
13 Dekabr 2025 10:44
"Kamran mənə çox sərt cavab yazmışdı"
13 Dekabr 2025 09:40
"Kamran Əsədovun bu işin içində olacağını ağlıma gətirməzdim" - Osman Gündüz
13 Dekabr 2025 09:10
"Təkər aləmi" kimi tanınan bazar SÖKÜLÜR - VİDEO
12 Dekabr 2025 21:50
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24


Bakı -°C

