Fidan britaniyalı həmkarı ilə Yaxın Şərq, Ukrayna və İranı müzakirə edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan britaniyalı həmkarı Devid Lammi ilə Yaxın Şərq, Ukrayna, İran və Suriyadakı vəziyyəti müzakirə etmək niyyətindədir.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Lammi iyunun 30-da Türkiyəyə ilk rəsmi səfərinə gələcək.
"Hakan Fidan görüş zamanı Yaxın Şərq regionunda sülh və sabitliyin təmin edilməsi üçün Fələstin probleminin daimi həllinə nail olunmasının vacib olduğunu bildirmək niyyətindədir. O qeyd edib ki, İran və İsrail arasında əldə olunmuş atəşkəsi alqışlayır, İranın nüvə enerjisi ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün danışıqların bərpasını zəruri hesab edir”, - bəyanatda bildirilir.
Fidan həmçinin Lammi ilə sanksiyalar aradan qaldırıldıqdan sonra Suriyanın yenidən qurulması məsələsini müzakirə etməyi planlaşdırır.
Digər Xəbərlər

Netanyahu: Bu qələbə girovların azad edilməsi üçün imkanlar açır

"Krokus" terrorunu təşkil edən ölkə açıqlandı

Kalın HƏMAS rəsmisi ilə danışıqlar APARDI

İzmirdə meşə yanğınları - Geriyə bu görüntülər qaldı... - FOTOLAR

Tramp: İrana qarşı sanksiyaları ləğv edə bilərəm

"Tramp baş verənləri qeyri-adi dərəcədə şişirdir" - Xamenei

Rusiyanın daha bir şəhərində azərbaycanlılara qarşı təqiblər başlayıb
