29 Iyun 2025 23:10
87
DÜNYA

Netanyahu: Bu qələbə girovların azad edilməsi üçün imkanlar açır

“Tehrana qarşı müharibədə qələbə Qəzza zolağında saxlanılan girovların azad edilməsi və HƏMAS-ın məğlubiyyəti üçün geniş imkanlar yaradır.”

Adalet.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

    "Biz varlığımız üçün birbaşa təhlükəni, sağ qalmağımıza iki ölümcül təhlükəni aradan qaldırdıq. Bu qələbədən sonra ilk növbədə, girovların azad edilməsi üçün də geniş imkanlar açıldı.", - Netanyahu bildirib.