Fidandan Türk dövlətlərinin Kipr qərarına REAKSİYA
Türkiyənin xarici işlər naziri Hakan Fidan Mərkəzi Asiyada yerləşən Türk dövlətlərinin Kiprlə bağlı qərarına münasibət bildirib.
Adalet.az xəbər verir ki, o, ailə məsələlərinin ictimaiyyət önündə danışılmasının düzgün olmadığını vurğulayıb.
"Prinsip olaraq ailə məsələlərini ictimaiyyətdə müzakirə etməməyə üstünlük veririk", - Fidan qeyd edib.
Nazir vurğulayıb ki, Türk dünyası bütövlükdə Kipr türklərinin yanında olmağa davam edəcək.
"Aramızı vurmağa çalışmaq istəyənlərin manipulyasiyaları nəticə verməyəcək", - XİN başçısı bildirib.
Xatırladaq ki, Qazaxıstan, Türkmənistan və Özbəkistanın Kiprin yunan tərəfinə səfir təyin edib. Qazaxıstan bu istiqamətdə ilk rəsmi addımı atan ölkə olub, 2025-ci ilin yanvarında Kipr ilə qarşılıqlı səfir təyinatını həyata keçirib. Özbəkistan isə artıq 1997-ci ildən diplomatik münasibətdə olduğu Kiprə ilk dəfə rəsmi səfir təyin edib. Türkmənistan da martın 31-də İtaliyadakı səfirini Kiprə akreditə edib.
Prezident İlham Əliyev isə ADA Universitetində keçirilən konfrans zamanı Şimali Kiprə dəstək ifadə edib. Dövlətimizin başçısı əlavə edib ki, Azərbaycanın siyasəti hər zaman aydın olub: “Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm, biz hər zaman sizinlə olacağıq ki, ölkəniz müstəqil dövlət kimi təsis edilsin və beynəlxalq ictimaiyyət tərəfindən tanınsın”.
Digər Xəbərlər
18 Sentyabr 2026 21:00
Kadırovun üzündən oxuya bilməyən oğlu biabır oldu - VİDEO
18 Sentyabr 2026 17:41
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
18 Sentyabr 2026 16:52
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
18 Sentyabr 2026 15:10
Paşinyan Hessen Sülh Mükafatına layiq görüldü - YENİLƏNİB
18 Sentyabr 2026 13:28
Ayıların hücumlarına görə - Komendant saatı elan etdilər
18 Sentyabr 2026 10:38
İstanbul 2027-ci ildə “İspaniya Super Kuboku”na ev sahibliyi edəcək - FOTOLAR
18 Sentyabr 2026 09:41
Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
17 Sentyabr 2026 21:00


Bakı -°C

