Fransa səfiri Azərbaycan XİN-ə çağırıldı
Noyabrın 20-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.
XİN-dən Adalet.az-a verilən xəbərə görə, görüş zamanı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycan sədrliyinin hədəf alınmasına etiraz bildirilib.
Bu xüsusda, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin bu mötəbər tədbirinin boykot edilməsinə çağırışların, bir çox dövlət başçılarının tədbirə qatılmamağa Fransa tərəfindən təşviq edilməsinin, eləcə də COP29 konfransı başlayan zaman Fransanın xüsusi səyləri ilə Avropa Parlamentində sədrliyimizi əsassız şəkildə tənqid edən, ümumilikdə isə iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səylərimizə qarşı çevrilmiş qətnamənin qəbulunun qəbuledilməz olduğu vurğulanıb.
Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımlarının sülh prosesinə zərbə olduğu diqqətə çatdırılıb.
Azərbaycanı hədəf alan, eləcə də normallaşma prosesini təhlükə altına salan bu addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub.
Digər Xəbərlər
25 Oktyabr 2026 13:04
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - VİDEO
25 Oktyabr 2026 12:58
Bütün dondurulmuş münaqişələr yenidən alovlanır - Səxavət Məmməd yazır
25 Oktyabr 2026 11:10
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik etdi
24 Oktyabr 2026 14:09
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
24 Oktyabr 2026 12:40
Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçiriblər
24 Oktyabr 2026 10:23
Azərbaycan XİN Zambiyanı Milli Günü münasibətilə təbrik edib
24 Oktyabr 2026 10:22
“Bu əməliyyatlar baş tutsa da İranda rejimi dəyişəcək bir proses olmayacaq...”
24 Oktyabr 2026 10:18


Bakı -°C

