Fransadan İrana qarşı qətnamə: Rusiyaya silah satması, etirazçıları öldürməsi, nüvə siyasəti...
Rusiya Liberal Demokrat Partiyasının keçmiş lideri Vladimir Jirinovski 2019-cu ildə İranla bağlı dediyi sözlər yenidən gündəmə gəlib. Jininovski demişdi:“İran parçalanandan sonra yerində Böyük Azərbaycan yaranacaq. Xuzestan ərəb ölkələrinin biri ilə, misal üçün İraqla birləşə bilər.
Türkmənlər Aşqabadla birləşərək Böyük Türkmənistan yaradacaq. Kürdlərsə İraq və ya Suriya kürdləri ilə birləşəcək. Bəlucistan, nəhayət, azadlıq əldə edəcək. Onlar bunu çoxdan gözləyirdilər. Yəni, keçmiş Yuqoslaviya kimi, altı yerə bölünəcəklər”.
Artıq bu yolda irəliləmələr hiss olunmaqdadır...
Beləki, Rusiya – Ukrayna ilə müharibəyə girişəndən İran dünyanın deyil işğalçı Rusiyanın tərəfini tutaraq onu silahla təmin etdi və dünyanın əksinə işğalçını dəstəklədi. Buna görə qərbin və dünyanın bir sıra dövlətlərinin sanksiyaları ilə üzləşməli oldu. Eyni zamanda İranda baş verən etiraz aksiyaları da bu dövlətin başağrısına dondü. İran höküməti tərəfindən aksiyalarda döyülərək və güllələnərək öldürülənlərin sayı 440 –a qalxması da beynəlxalq aləmdə hiddətlə qarşılandı və beynəlxalq təşkilatların o cümlədən dövlətlərin növbəti dəfə İrana qarşı müxtəlif tədbirlər, qanun və qətnamələrin qəbul etlməsi gündəmə gəldi. Hətta 1-2 gün əvvəl məlum oldu ki, Rusiya İrana ballistik raketlər sifariş edib.
Dünya İrana qarşı hərəkətə keçib.
Adalet.az apnews.com-a xəbər verir ki, Fransa parlamentinin deputatları İran əleyhinə qətnamə qəbul ediblər.
Qətnamədə Avropa dövlətlərindən İrana təzyiqləri artırması və İrandan öz beynəlxalq öhdəliklərini yerinə yetirməsi, Məhsa Əmininin ölümü ilə bağlı araşdırma aparması tələb edilib.
Fransa qanunvericiləri sözügedən qətnaməni qəbul etməklə, İranın təhlükəsizlik qüvvələri tərəfindən nümayişçilərə qarşı repressiyaları qətiyyətlə pisləyib və bu hərəkətləri ifadə azadlığının zorakılıqla pozulması kimi dəyərləndirib.
Qeyd edək ki, bu ayın əvvəlində ABŞ, Britaniya, Almaniya və Fransa İrana qarşı birgə mübarizəni müzakirə etmişdi. Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviterdə yazaraq bildirmişdi ki, İranın davam edən nüvə eskalasiyasının beynəlxalq təhlükəsizliyə yaratdığı təhdidləri müzakirə etmək üçün Almaniyadan olan həmkarım Annalena Berbok və fransalı həmkarım Katrin Kolonna ilə görüşlər keçirdim. Nazir həmçini paylaşımında "Böyük Britaniya İranın heç vaxt nüvə silahı əldə etməməsi üçün beynəlxalq tərəfdaşlarla işləməyə davam edəcək"-deyə yazmışdı.
Əntiqə Rəşid
Digər Xəbərlər
17 Sentyabr 2026 22:05
Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - VİDEO
17 Sentyabr 2026 19:47
Prezidentlə xanımı hotel açılışında - VİDEO
17 Sentyabr 2026 19:20
Prezidentlə xanımı Pir Ömər Sultan ziyarətgahında - FOTOLAR + YENİLƏNİB
17 Sentyabr 2026 17:17
Prezidentdən Famil Mustafayevlə bağlı SƏRƏNCAM
17 Sentyabr 2026 16:59
"Azərbaycan media təxribatlarına qarşı böyük uğurlar əldə edib" - Prezident
17 Sentyabr 2026 16:58
İlham Əliyev və birinci xanım "Pirqulu Park" hotelinin açılışında - YENİLƏNİB
17 Sentyabr 2026 15:45
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - YENİLƏNİB + FOTOLAR
17 Sentyabr 2026 15:24


Bakı -°C

