Fransalı səfirin yenə "erməniliyi" tutdu: "Vayots Dzor Azərbaycanın..."
"Bu gün mən Vayots Dzor bölgəsinə səfər edirəm".
Adalet.az xəbər verir ki, bu barədə Fransa səfiri Olivye Dekotini özünün X səhifəsində yazıb: "Vayots Dzor rayonu Azərbaycanın qismən işğal etdiyi Ermənistan ərazisinin baza hissəsində yerləşir. Bu, strateji əhəmiyyət kəsb edən bölgədir. Aİ Monitorinq Missiyasının (EUMA) qərargahı burada yerləşir”- deyə o yazıb.
Erməni ekspert Harut Sasunyan Fransanın Ermənistandakı səfiri Olivye Dekottini tərifləyərkən onun Ermənistanın Baş naziri Nikol Paşinyandan daha çox ermənipərəst olduğunu demişdi.
Dekottinin sonuncu paylaşımı bir daha bunu təsdiq edir. Fransa səfiri İrəvandakı məşhur Göy məscidin fotosunu da bir dəfə sosial şəbəkə hesabında yerləşdirmiş və yazmışdı: “İrəvan Göy məscidinin bağlarında Ermənistanın fars irsinin simvolu” (İrəvandakı bizə məxsus Göy məscidi nəzərdə tutur- Ə.R) deyərək onu “fars abidəsi” kimi dünyaya tanıtmağa çalışıb.
Qeyd edək ki, ermənilərin Vayots Dzor bizdən qopardılmış Dərələyəz mahalının erməniləşmiş adıdır. Tarixi mənbələr bildirir ki, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha bunu təsdiq edir.
Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin.
Əntiqə Rəşid
Digər Xəbərlər
03 Dekabr 2025 19:51
Azərbaycan və Özbəkistan FHN-ləri arasında birgə fəaliyyət planı imzalandı - VİDEO
03 Dekabr 2025 19:06
İraqın rabitə naziri ikitərəfli sazişləri müzakirə etmək üçün Azərbaycana gəlib
03 Dekabr 2025 17:39
Prezident bu qanunu təsdiqlədi
02 Dekabr 2025 17:45
XİN-in kollegiyasının üzvlərinin sayı və tərkibi təsdiqlənib
02 Dekabr 2025 17:08
XİN-də "Diplomatiya Könüllüləri" qrupu ilə ilkin tanışlıq görüşü keçirilib
02 Dekabr 2025 16:10
"İslam Həmrəyliyi Oyunları İƏT-ə üzv dövlətlər arasında əməkdaşlığa dəstək verir”
02 Dekabr 2025 16:00
2026-cı ilin dövlət büdcəsi ikinci oxunuşda təsdiqləndi
02 Dekabr 2025 12:44


Bakı -°C


