adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Mart 2024 09:21
371
DÜNYA

FTX rəhbəri imkanlarının sərhədsiz olmadığını etiraf etdi

Bortnikov Rusiya üçün hələ də terror təhlükəsinin olduğunu bildirdi 

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya ərazilərində terror aktlarının həyata keçirilməsi təhlükəsi olduğunu bildirib.

"Bəli, böyük təəssüf hissi ilə bildirməliuəm ki, belə bir təhlükə var"-deyə FTX rəhbəri Baş prokurorluğun dünən keçirilən geniş kolegiyasından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Bortnikov xatırladıb ki, Ukrayna ilə sərhədlərdə və Rusiyanın digər regionlarında, Ukrayna baş kəşfiyyat idarəsinin, müdafiə nazirliyinin və xüsusi xidmət orqanlarının həyata keçirmək istədikləri çoxsaylı terror aktlarının qaşısı alınıb. Lakin onlar bu gün də davamlı şəkildə ərazilərimizdə terror aktları həyata keçirmək niyyətlətlətindən əl çəkməyiblər. 

"Biz təbii ki, öz tərəfimizdən nə etmək mümkündürsə edirik, lakin bizim də imkanlarımız sərhədsiz deyil"- deyə FTX direktoru bildirib. 

Bortnikov elə həmin gün, jurnslist Pavel Zarubinlə müsahibədində bəyan edib ki, Ukrayna "Korkus Siti Holl"da terror törədən şəxsləri "qəhrəman kimi qarşılamağa hazırlaşırdı".

Ehtimal olunduğu kimi, artıq İŞİD-in bu terroru aktının törədilməsini  üzərinə götürməsinə baxmayaraq, görünən odur ki, Rusiya bu vəhşi terror aktını nəyin bahasına olursa-olsun Ukraynanın üstünə yıxmaqda israrlıdır.

 Rüstəm Hacıyev