Füzuli bir nadana salam verdi - Vilayət Quliyev yazır
Türk şeirinin zirvələrindən birinin – Nazim Hikmətin doğum günüdür (15 yanvar 1902-ci il). Böyük şairin sevinc və əzablarını bol-bol yaşadığı dünyaya gəlişindən 120 il keçir. Nazim haqda aşağıda paylaşdığım epizodu görkəmli ədəbiyyatşünas-alim, Azərbaycan EA-nın müxbir üzvü, ağsaqqal dostum Əziz Mirəhmədovdan eşitmişdim.
Əziz müəllim danışırdı ki, Nazım Hikmət 1957-ci ildə Məhəmməd Füzulinin vəfatının 400 illiyi münasibəti ilə keçirilən anım mərasimində iştirak etmək üçün Bakıya gəlmişdi. Qonaqların arasında bir sıra xarici ölkələrin elm və sənət adamları, eləcə də tanınmış türk alimi, klassik türk ədəbiyyatına dair dəyərli əsərlərin müəllifi, professor və millət vəkili Agah Sirri Levent (1893-1978) də vardı.
EA Rəyasət Heyətinin binasında – İsmailiyyədə keçirilən yubiley gecəsində həmvətəni ilə üz-üzə gələn Nazım bəlkə də fərqinə varmadan ona salam verir. Agah Sirri isə sanki şairi görmürmüş kimi tez üzünü yana çevirir. Yəqin ki, onu da başa düşmək mümkündür. Çünki geri döndüyündə ani nəzakət nümayişinə görə sorğu-suala çəkilməyəcəyindən arxayın deyildi.
Bir azdan Füzuli haqqında söz demək üçün Nazım Hikməti kürsüyə dəvət edirlər. O, nitqinə belə başlayır:
- Dörd yüz neçə il əvvəl Füzuli bir nadana salam verdi. Amma o nadan rüşvət deyildir deyə şairin salamını almadı. İndi isə bütün dünya böyük Füzulinin salamına gəlib...
Təsadüfən iki seçkin türk ziyalısının səssiz duelinin şahidi olan Əziz müəllimin dediyinə görə həmin axşam Agah Sirri Levendə bıçaq vursan qanı çıxmazdı. Son dərəcə pərt, pəjmürdə idi.
Digər Xəbərlər
20 Fevral 2026 09:23
Adil Kərimli Nəriman Həsənzadəni evində ziyarət edib - FOTOLAR
19 Fevral 2026 19:39
"Ulduz" jurnalının Türk dünyası sayı təqdim olunub - FOTOLAR
19 Fevral 2026 16:13
Nəzakət Məmmədli: “Bəzən elə şeirləri redaktə edirdi ki…”
18 Fevral 2026 17:45
Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edildi
18 Fevral 2026 17:38
Prezident və xanımı Nəriman Həsənzadəni təbrik ediblər
18 Fevral 2026 14:33
Anar Ələkbərov Nəriman Həsənzadəni evində ziyarət etdi - FOTO
18 Fevral 2026 13:31
Akif Əlinin “Özgə dünya” povesti kitab şəklində çap olunub
18 Fevral 2026 11:45


Bakı -°C

