Füzulidə Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış konserti keçirilib
Dekabrın 18-də Füzuli şəhərində Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış mərasiminə həsr olunan geniş konsert proqramı təqdim edilib.
Mədəniyyət Nazirliyindən Adalet.az-a verilən məlumata görə, konsert Özbəkistan Respublikasının hədiyyəsi olaraq 2023-cü ildə inşa edilən Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə təşkil olunub.
Əvvəlcə qonaqlar məktəblə tanış olublar. Məlumat verilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin birlikdə açılışını etdikləri 960 şagird yerlik təhsil ocağında tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.
Sonra məktəbin zalında özbək incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı başlanıb. Konserti Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadur Əhmədov, Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov və Füzuli şəhər sakinləri izləyiblər.
“Navruz” Milli Rəqs Ansamblı, Yunus Rəcəbi adına “Maqom” ansamblı, eləcə də tanınmış müğənnilər rəngarəng musiqi və rəqs nömrələri təqdim ediblər. Özbəkistanın Əməkdar artisti Mohiçehra Şomurodovanın ifasında səslənən “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısı sürəkli alqışlarla qarşılanıb.
Həmçinin dahi özbək şairi Əlişir Nəvainin “Xəmsə”sindən “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə” əsərlərindən ilhamlanaraq hazırlanan musiqili-xoreoqrafik kompozisiyalar tamaşaçıların könlünü oxşayıb.
Digər Xəbərlər
08 Yanvar 2026 17:42
Yağıntı intensivləşəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
08 Yanvar 2026 13:05
Sabah dağlıq ərazilərdə qar yağacaq
08 Yanvar 2026 12:59
Azərbaycan Avropaya ilbiz məhsullarının ixracına başlayır
08 Yanvar 2026 11:31
Azərbaycanda quş qripinə yoluxma var? - RƏSMİ CAVAB
07 Yanvar 2026 17:40
Prezidentdən Cahangir Novruzovla bağlı SƏRƏNCAM
07 Yanvar 2026 11:26
Valideynlər övladlarının laborator analiz nəticələrinə “mygov”da baxa biləcəklər
07 Yanvar 2026 10:18
Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək?
06 Yanvar 2026 15:08


Bakı -°C

