adalet.az header logo
  • Bakı -°C
26 Mart 2026 10:52
90
DÜNYA
A- A+

“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”

“İsrail ABŞ ilə İran arasında danışıqları sabotaj etmək üçün yaşayış binalarına kütləvi şəkildə zərbələr endirə bilər. Qarşılıqlı olaraq SEPAH-da İsraildə mülki sığınacaqlari və yaşayış məskənlərini vurmaqla yeni böhran yarana bilər”.

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.  

Onun sözlərinə görə, hazırda danışıqlar prosesi kövrəkdi: 

“Həm İsraildə, həm də SEPAH daxilində müharibəni davam etdirmək istəyən qüvvələr var. ABŞ administrasiyası isə, tam atəşkəs və əməkdaşlıqda maraqlıdır. SEPAH-ın bir neçə generalı danışıqların əleyhinə çıxdılar. Üstündən bir saat keçməmiş bir-bir sui-qəsdlə aradan götürülür. SEPAH generalları aradan götürülməsi danışıqların yolunu açır. İsrail kəşfiyyatının SEPAH generallarını ovlaması onların nə qədər öz təhlükəsizliyini təmin etməməsindən irəli gəlir. Növbəti hədəf Ə.Laricanın yerinə yeni təyin edilən Milli Təhlükəsizlik Şurasının katibi ola bilər”.

Vasif ƏLİHÜSEYN