İrana göndərilən yardım Qaradağa çatdı
İrana humanitar yardım aparan Rusiya Fövqəladə Hallar Nazirliyinin yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin “Qaradağ” stansiyasına daxil olub.
Adalet.az xəbər verir ki, əsasən dərman vasitələrindən ibarət olan humanitar yükün ümumi çəkisi 300 tondan çoxdur.
Yükün daha sonra İran ərazisində təyinat nöqtəsinə avtomobil nəqliyyatı vasitəsilə çatdırılması planlaşdırılır.
Xatırladaq ki, martın 12-də Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilən, çəkisi 13 tondan artıq olan dərman və tibbi ləvazimatlardan ibarət humanitar yardım da Azərbaycan ərazisindən tranzit keçməklə İrana yola salınmışdı.
Qeyd edək ki, martın 11-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Söhbət zamanı V.Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsi zamanı göstərilən operativ dəstəyə, həmçinin ölkəsinin İrana yönəlmiş humanitar yardımının Azərbaycan ərazisindən keçidi üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Regionda müşahidə olunan gərginlik fonunda humanitar yüklərin fasiləsiz daşınması beynəlxalq əməkdaşlığın və tranzit imkanlarının əhəmiyyətini bir daha önə çıxarır.
Digər Xəbərlər
26 Mart 2026 11:24
Bəzi ərazilərə yağış yağır - Faktiki hava
26 Mart 2026 09:47
“Məhz buna görə də bu iftira və şantajları artırırlar...”
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45


Bakı -°C

