Moped idarə edənlərin nəzərinə: Bu gündən...
Bu gündən (26 mart) etibarən moped idarə etmək üçün "A1" kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı tələb olunacaq.
Adalet.az xəbər verir ki, "Yol hərəkəti haqqında" qanuna edilən dəyişikliklər bu gündən qüvvəyə minir.
Qanuna əsasən, moped - kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, elektrik mühərriki olan və ya iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən, maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üçtəkərli nəqliyyat vasitəsi hesab olunur. Asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də bəzi maddələr istisna olmaqla mopedlərə bərabər tutulacaq.
Dəyişikliklərə əsasən, Azərbaycan ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları, eləcə də mopedlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınmalıdır.
Yeni qaydalara görə, ölkə ərazisində yollarda mopedi idarə etmək hüququ yalnız "A1" kateqoriyalı sürücülük vəsiqəsi əsasında mümkün olacaq.
Bundan əlavə, mopedlər yol nişanları və nişanlanmanın tələblərinə riayət etməklə, mümkün qədər yolun sağ kənar zolağı ilə hərəkət etməlidirlər. Həmçinin motosiklet və ya mopedlə onun qabaritlərindən 0.5 metrdən artıq kənara çıxan və ya idarəetməyə mane olan yükün daşınması qadağan edilir.
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

