İsrail bu müharibədə məqsədlərinə nail ola bilmədi – Politoloq
“ABŞ və İran arasında İslamabadda aparılacaq danışıqlarda Tehranı parlamentin sədri M.Qalibaf və Vaşinqtonu vitse-prezident C.Vens təmsil edəcək. Hər iki şəxs müharibənin əleyhinədir və danışıqlarda ortaq məxrəcə gəlməsində maraqlıdır. İki ölkənin razılaşma əldə etməsi mümkündür. Danışıqlar masasında İsrail təmsil olunmur. Çünki, İran İsraili dövlət kimi tanımır.İsrail Baş naziri B.Netanyahu ABŞ-nin atəşkəs razılaşmasına getməyə məcbur oldu”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, İsrail tərəfi bu müharibədə məğlub tərəfdir:
“Çünki, İsrail İranda rejimin devrilməsinə nail olmadı. Həmçinin B. Netanyahu D.Trampı quru əməliyyatlara başlamasına məcbur edirdi. İsrail baş naziri İranı parçalamaq və xaosa sürükləmək nəzərdə tuturdu. Həmçinin Hizbullaha qarşı əməliyyatlarda Livan və Suriyanın torpaqları hesabına öz ərazilərini genişləndirməyi hədəfləyirdi. Məhz B.Netanyahu bu müharibədə İsrailin beynəlxalq güc olduğunu elan etmişdi. İsrail bu müharibədə məqsədlərinə nail ola bilmədi. B.Netanyahu təxribatlara əl ata bilər. Amma, ABŞ buna getməyəcək. Hazırda İran rejimi yerindədir. Öz şərtləri ilə İsraili Hizbullaha qarşı hərbi əməliyyatlara son verməsinə məcbur etdi. Artıq İsrail Baş naziri B.Netanyahuya qarşı ciddi suallar olacaq. Növbəti seçkilərdə B.Netanyahu seçkilərdə qələbə əldə edə bilməyəcək. Onun həbsi istisna deyil”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
30 Aprel 2026 23:48
"Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, Avropada birincidirlər" - Prezident
30 Aprel 2026 20:00
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşdü
30 Aprel 2026 14:54
Elçin Əmirbəyov İtaliyaya işgüzar səfər edib
30 Aprel 2026 13:11
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
30 Aprel 2026 12:51
Əli Əsədov bu nazirliyin kollegiyasının tərkibini dəyişdi
30 Aprel 2026 12:46
Prezident Azərbaycan idmançılarına qarşı ədalətsizlikdən danışdı
30 Aprel 2026 12:45
"İdmançılarımızda qələbə əzmi çox güclüdür" - Dövlət başçısı
30 Aprel 2026 11:08


Bakı -°C

