adalet.az header logo
  • Bakı -°C
01 May 2026 09:59
80
GÜNDƏM
A- A+

Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişləri çıxılır? - VİDEO

İctimai nəqliyyatda telefonla ödənişdə kartlardan əlavə vəsaitin çıxılması ilə bağlı iddialar yayılıb. 

Adalet.az xəbər verir ki, bu barədə İTV-yə sərnişinlər bildiriblər. 

Onların sözlərinə görə, ödəniş zamanı vəsait çıxsa da, bir neçə saat sonra təkrar gedişhaqqı çıxılır. Bəzən isə gedişhaqqı ödənişi balansdan sonradan çıxılır. 

Məsələ ilə bağlı banklardan bildirilib ki, NFC və QR texnologiyaları ilə aparılan əməliyyatların  texniki idarəçiliyi nəqliyyat sisteminin üzərinə düşür.

Banklar onlara ötürülən əməliyyat məlumatları əsasında müəyyən edilmiş məbləğin müştərinin hesabından silinməsini həyata keçirir. 

“BakıKart”dan isə qeyd edilib ki, bu cür ödənişlər gecikdirilmiş avtorizasiya prosesi ilə işləyir. Heç bir əlavə məbləğin tutulma halı baş vermir. 

Daha ətraflı süjetdə: