TƏBİB-ə yeni icraçı direktor müavini təyin edildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoruna Hüseynov Rahim Mahir oğlu müavin olaraq təyin edilib.
Bu barədə Adalet.az-a TƏBİB-dən məlumat verilib.
Məlumat üçün qeyd edək ki. R.Hüseynov idarəetmə və menecment sahəsi üzrə ali təhsil alıb, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində menecment ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurub, eyni zamanda Türkiyədə İstanbul Dövlət Universitetində Beynəlxalq İdarəetmə (MBA) proqramını tamamlayıb.
Əmək fəaliyyətinə 2011-ci ildə başlayan Rahim Hüseynov 10 ilə yaxın müddətdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə çalışaraq idarəetmə və biznes proseslərinin təşkili sahəsində geniş təcrübə qazanıb.
2021–2025-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərib.
2025-ci ildən etibarən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
O, 2024-cü ildən Azərbaycan Auditorlar Palatasının üzvüdür.
Digər Xəbərlər
01 May 2026 11:08
Bu xəstəxanalara direktorlar təyin edildi - FOTOLAR + YENİLƏNİB
01 May 2026 11:04
WUF13: 150 ölkədən 25 minə yaxın iştirakçı qeydiyyatdan keçib
01 May 2026 10:53
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO
01 May 2026 10:35
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
01 May 2026 10:10
Hərbi vəzifəlilərə atəş, taktiki, sıra və fiziki hazırlıq üzrə məşğələlər keçirildi - FOTOLAR
01 May 2026 10:04
Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər
01 May 2026 09:59
Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişləri çıxılır? - VİDEO
30 Aprel 2026 17:35


Bakı -°C

