02 Fevral 2023 13:13
387
GÜNDƏM

GEDİŞ HAQQININ ARTIRILMASINI

xalqımız böyük coşğuyla qarşılamışdı. Redaksiyamıza telefon açaraq zərbəçi əmək növbəsində möhkəm dayanıb qiymət artırılmasında beşilliyi üç ildə yerinə yetirən Tarif Şurasına onların təşəkkürünü çatdırmağı xahiş edirlər.

Yəqin Novruz bayramı qabağı Tarif Şurası xalqımıza belə sevincləri çox bəxş edəcəkdir.