“GƏL, GÖR MƏNİ EŞQ NEYLƏDİ” - Əlisəfdər HÜSEYNOV yazır

(Sənədli hekayə)
(Maestro Niyazinin və Həcər xanımın unudulmaz,xatirəsinə)
Həcər xanım içəri girməzdən əvvəl palatanın qapısını yavaşca döydü - bu, artıq vərdişə çevrilmiş bir jest idi: Niyazi öz hücrəsinə çəkilib nə iləsə məşğul olanda Həcər xanım həmin səmtə yön alırdısa bunu mütləq hansısa bir işarə ilə bildirirdi - ya boğazını arıtlayırdı, ya da qapını, yaxud divarı yüngülcə taqqıldadırdı. Bu dəfə Niyazinin icazə mesajını gözləmədən qapını açıb içıri keçdi, çünki buna lüzum görmədi: təxminən bir ay əvvəl qəfildən halı pisləşən, nəfəsi kəskin şəkildə daralan əri yenə də köməksiz uşaq kimi ona möhtac vəziyyətdə idi.
İçəri girən kimi əlindəki zənbili masanın üstünə qoyub, sol tərəfdəki çarpayıya tərəf gəldi, başını azca divara tərəf çevirərək yuxuya getmiş Niyazinin rəngi qaçmlş sifətinə, batıb az qala bir-birinə keçən ovurdlarına, arıqladığına görə sanki bir az uzanmış çənəsinə baxdı və dünyada bəlkə də hamıdan çox sevdiyi bu adamı neçə il əvvəl qəbirin qırağından geri qaytarıb ikinci həyat verdiyinə görə ürəyində Allaha növbəti dəfə təşəkkürünü bildirdi. Sonra uşaq vaxtı eşitdiyi nağıllardakı kimi əyilib sol əlini çarpayının özünə tərəf olan kənarına, sağ əlini o biri tərəfinə qoyaraq ərinin buz kimi soyuq yanağından öpdü…
Birdən-birə nəyə görəsə uşaq kimi kövrəldi…
Əmisi Üzeyir bəyin “Knyaz” deyə çağırdığı təkəbbürlü Niyazi yataqda xəstə və yuxulu vəziyyətdə məsum, köməksiz, aciz uşağa bənzəyirdi - həmişəki səbirsiz, cığal, yeri düşəndə lap elə Həcərin özünü də ilan kimi sancan Niyazidən əsər-əlamət qalmamışdı. Həcər xanım ağzı azca açıq vəziyyətdə ağır-ağır nəfəs alan ərinin üzündəki o məsum ifadəyə baxa-baxa fikirləşdi ki, adamlar yatmazdan əvvəl gün ərzində xoş-naxoş üzlərinə çəkdikləri maskaları soyunduqlarına görə sən demə yuxu insanların çöhrəsini durulaşdırırmış və kiminsə ürəyinin əslində necə olduğunu bilmək üçün onun sifətinə yatdığı yerdə baxmaq kifayət imiş.
Niyazi yuxuda yüngülcə qımıldandı və həmin o andaca neçə il əvvəl gənc Həcərin ağlını başından alan, ürəyinə ox kimi sancılan o uşaq təbəssümü yenə gəlib qondu sifətinə.
Ərinin ağır vərəmə tutulub ölümlə əlbyaxa qalması o vaxt çoxları üçün gözlənilməz olsa da, Həcər xanım bu dəhşətli olayı özünə xas olan bir soyuqqanlıqla qarşılamışdı, çünki sısqa bədənli Niyazi onun gözlərinin qabağında bəlkə də hər gün sağlamlığından misqal qədər nə isə itirirdi. Məgər qızeti bir neçə dəfə qatlayıb onun yırtıq ayaqqabılarının içinə qoyan, yeganə kostyumunun ora-burasını düzəldib ütüləməkdən rəngdən-rəngə salan Həcər deyildimi? Niyazi cavanlığında ağrlıqqaldırma idmanı ilə məşğul olsa da, yağışa, soyuğa hassas, dözümsüz idi, üstəlik öz səhhətinə, yeyib-içməyinə də o qədər fikir verən deyildi. Gec-tez bunun fəsadları baş qaldırmalı idi. Qaldırdı da. Əvvəlcə aramslz öskürək, qızdırma, iştahsızlıq, halsızlıq, sonra da həmin o məşum gün - əl-üzünü yumaq üçün vanna otağına keçəndən az sonra içəridən gələn qeyri-adi öyümə, hayxırma səsləri… Həcər xanım özünü vanna otağına atanda gördüyü mənzərədən dəhşətə gəldi - Niyazi əllərini əl-üzyuyanın vannasına dirəyib qalmışdı, döşəmə, vanna al qana boyanmışdı. Həcər xanım başa düşdü ki əri qan qusur. Özünü ayaq üstə zorla dayanmış, rəngi divarın rəngi kim ağarmış Niyaziyə çatdırlb qoluna girdi və demək olar ki, sürüyüb birtəhər çölə çıxartdı. Özünü itirmişdi, bilmirdi nə etsin. Yaxşı ki, hay-həşirə qonşular tökülüşüb gəldilər və xəstəni təcili yardımla xəstəxanaya çatdırdılar. Səhəri gün müayinələrdən, rentgendən, analizlərdən sonra malum oldu ki, 23 yaşlı gənc vərəmin ən ağlr formasına tutulub.
O vaxt xəstəxana ilə ev arasında girinc qalan Həcərin nələr çəkdiyini bir Allah bilirdi.
Dava-dərmandan sonra Niyazinin vəziyyəti gah yaxşılaşır, gah da qəfildən pisləşirdi. Bir yandan da onun heç xəstəyə yaraşmayan clrtqozluğu, vasvasılğı. Həcər xanlm hiss edirdi ki, Niyazini dəhşətli xəstəlikdən daha çox, Həcərin ona münasibətinin dəyişəcəyi, özünü qorumaq üçün ondan uzaq dura biləcəyi ehtimalı narahat edir. Bunu heç gizlədə bilmirdi də - Həcəri yoxlamaq üçün zarafata salıb xahiş edirdi ki, gətirdiyi yeməkdən bir qaşıq ona verəndə bir qaşıq da öz ağzına qoysun.
Evə buraxılandan təxminən 3 həftə sonra Niyazinin halı yenə qəfildən pisləşdi. Bu dəfə işə yuxarıdan qarışdılar, onu təcili Moskvaya - Kreml xəstəxanasına göndərdilər. Oraya çatan kimi xəstəni əməliyyat stoluna uzadıb ağ ciyərinin çürüyərək funksiyasını tam itirmiş hissəsini kəsib götürdülər və bununla da onun başının üstünü kəsdirib son həmlə üçün girəvə axtaran ölüm kabusu çəkilib getdi. Amma həkimlər qəti şəkildə tapşırdılar ki, xəstə daim həkim nəzarətində olmalı, özünü soyuqdan qorumalı, yaxşı qidalanmalı, mütamadi şəkildə kurort-sanatoriya müalicəsi almalı və ən başllcası, suqareti tərgitməlidir…
…Həcər xanım əvvəl qolundakı saata, sonra masanın üstündəki zənbilə baxdı. İstədi səs-hənir salıb ərini oyatsın, amma qıymadı. Çönüb Niyazinin aşağı sürüşdürdüyü odeyalı onun barmaqları arasından ehmalca çıxardıb yuxarı çəkdi. Əyilib balışını rahatlamaq istəyəndə əli kağızla təmas duydu. Balışı azca qaldırıb bir neçı not kağızını və siqaret qutusu görəndə elə bil başına bur qazan qaynar su tökdülər. Hirsindən rəngi ağardı. Əvvəl istədi kağızları siqaret qutusu ilə bir yerdə əzib zibil qabına atsın. Özü də bunu elə eləsin ki, Niyazi ayılıb, necə deyərlər, cinayət başında yaxalandığını görsün. Amma dərhal da bu fikirdən vaz keçdi. Bu dünyada Niyazinin xasiyyətinə Həcər qədər dərindən bələd olan ikinci bir adam yox idi və yaxşı anlayırdı ki, belə vəziyyətdə Niyazi ilə zarafat eləmək olmaz, əri elə bir vay-şüvən sala bilər ki, xəstəxananın bütün personalı belə tökülüşüb gəlsə, “sülh sazişi” imzalamaq, Niyazinin tərs damarını avandlna çevirmək mümkün olmaz.
Masanln yanındakı stulda oturub yenə fikrə getdi…
Niyazi sərt, prinsipial, opponentlərinin dili ilə deyilsə, qırmızı adam idi. Sözü açıq, birbaşa və kəskin şəkildə deməyi, qəfil, gözlənilməz gedışlər etməyi xoşlayırdı. Onu doğru saydığı yoldan, inandığı fikirdən döndərmək müşkül məsələ idi. Həcər bilirdi ku, 30-cu illərin axırlarından ərinə qarşı qarayaxma, böhtan kampaniyalarının başlamasında onun xarakterindəki bu xüsusiyyətlərin də payı var. Niyazi hamının xoşuna gəlmək üçün “rahat”, “yaxşı”, “xeyirxah” adam rolu oynaya-oynaya öz simasını itirənlərdən deyildi, sözü kimlərınsə xoşuna gəlmək üçün yox, fikrini, mövqeyini bildirmək üçün deyirdi.
Niyazinin düz sözü təbii ki, acı olur, çoxlarının ürəyinin başına bıçaq kimi batırdı, çünki onların saxta şöhrətə, xalturaya aparan yollarını kəsir, zəif əsərlərlə musiqimizi zibilləmək istəklərıni, arzularını ürəklərində qoyurdu. İş bununla bitsəydi nə vardı ki? Amma bu dartışmaların sonu həm də o olurdu ki, “Niyazidən narazılar” müxalifəti kimi bir qaraguruh yaranır, formalaşırdı. Ondan əli yanıqlı qalan bu zavallılar intiqam almaq, hayıf çıxmaq üçün Niyazinin gündən-günə artan nüfuzunu, şöhrətini öz murdar caynaqları ilə cırmaqlamaq üçün hər yola əl atır, onun daxili azadlığına, sərtliyinə cürbəcür əcaib donlar geyindirib dövriyyəyə buraxır, hətta imzalı-imzaslz üzü yuxarı yazırdılar: guya Niyazi paxıldır, heç kimi özündən qabağa buraxmır, işlədiyi kollektivlərdə ayrı-seçkilik sallr, milli ədavəti qızışdırır, erməni millətindən olanlara təzyiq göstərməklə xalqlar dostluğu ideyasına xəyanət edir. Niyazinin kölgəsindən belə çəkinən, nəinki Azərbaycan, ittifaq, hətta dünya miqyasında tanınmasını özlərinə dərd edən, “Adımı sənə qoyum, səni yana-yana qoyum” prinsipi ilə guya Niyazi ilə mübarizə apran bu çuğulçular müharibə illərində xüsusilə fəallaşdılar, onun Sovet ordusu tərkibində Cənubi Azərbaycanda olarkən orada yaşayan xalasına baş çəkməsinə, Bakı sovetində təşkil olunan konsertdə hərbi paltarda dirijorluq etməsinə siyasi don geyindirməkdən, içki düşkünü, gənc bəstəkar Fikrət Əmirovun bacısının ailəsini dağıdan məişət pozğunu kimi “ifşa” etməkdən həzz alırdıar. Bu şər, böhtan kampaniyası bir ara elə geniş vüsət aldı ki, Niyazinin işini yoxlamaq üçün xüsusi hökumət komissiyası yaradıldı və həmin komissiyanın hərtərəfli, obyektiv araşdırma aparmadan tələm-tələsik gəldiyi şübhəli qərara əsasən Niyazi tutduğu bütün vəzifələrdən azad edildi, müxtəlif təşkilatlarla bağladığı müqavilələr ləğv olundu.
Niyazi xaraktercə möhkəm adam olsa da, hər halda ürəyi daşdan deyildi və bütün bu əvəzçıxma oyunları kövrək səhhətinə, sağlamlıq durumuna təsirsiz ötüşmürdü Həmin o çətin, ağır günlərin birində Həcərin yanlnda “Axı mən bunlara neyləmişəm? Məndən nə istəyirlər?” - deyə az qala inilti ilə şikayətlənəndə ürəyində dediyi sözləri Həcər xanım yaxşı xatırlayırdı: “Bunlar sınin ruhunu gəmiririb məhv etmək istəyirlər, Niyazi. İstəmirlər sən indiki sən olasan, bu geniş, böyük dünyada yaşayasan”.
Amma nə qədər əlləşsələr də Niyazini sındırlb bayram eləmək onlara nəsib olmurdu ki, olmurdu. Çünki qeyri-adi istedadı, bu istedadı ona verən Allahı və Həcəri vardı. O vaxtlar Həcər Niyazini tək buraxmır, mənəvi ağrılarını azaltmaq üçün müxtəlif, yeri gələndə hətta təlxək roluna girib ərinin fikrini yayındırır, ona ürək-dirək verirdi. Amma iş gəlib vulqar ifadələrlə Niyazini açıq-aşkar təhqir etmək məqamına çatanda dözə bilmədi, ərinin əsəb sistemini korlayan bütün bu oyunlara son qoymaq üçün axırıncı çarəyə əl atdı - gecə Niyazi yatandan sonra mətbəxdə oturub lampa işlğında respublikanın birinci şəxsinə böyük bir məktub yazdı. Surətini saxlamasa da, az qala hər sözünü əzbər bildiyi o məktub öz işini gördü - Niyazinin qanına, canına susayan müxalifət geri otuzduruldu…
Həcər xanım bilirdi ki, nə qədər əri ayaq üstədir və xasiyyətini dəyişməyəcək, bu “müxalifət” də gen dünyanı onun başına dar eləmək üçün altdan-altdan işini görəcək, yaranmış fasiləyə öz murdar caynaqlarını itiləmək şansı kimi baxacaq. Ona görə də hər vasitə ilə ərini qorumağa, rəftarı, xoş sözləri, zatafatları ilə Niyazinin ətraflnda bir sipər yaratmağa çalışırdı. Sonralar şöhrətin ən yüksək zirvəsinə yüksələndən, nəinki SSRİ-də, hətta dünyada ən yaxşı dirijorlardan biri kimi ad çıxarandan sonra belə Niyazi Həcərsiz ötüşə bilmirdi. Hamı bu xanıma xoşbəxt, bəxti gətirmiş qadın kimi baxırdı. Bir əhvalat heç vaxt yadından çlxmayacaqdı.
(Ardı var)