"Gələcək nəsillərin münaqişədən əziyyət çəkməsini istəmirik" - Prezidentin köməkçisi
Hazırda Azərbaycan və Ermənistan arasında ticarət əlaqələri mövcuddur. Ticarət əlaqələri, biznes münasibətləri, iki ölkə arasında etimadın yaradılması üçün tədbirlər və digər addımlar bir müddət əvvəl təsəvvür belə edilmirdi.
Adalet.az xəbər verir ki, bu sözləri CAMCA Regional Forumunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentinin köməkçisi vurğulayıb ki, illərlə davam edən münaqişədən əziyyət çəkən nəsil bölgədə davamlı və dayanıqlı sülhün bərqərar olacağına ümid edir. “Biz Azərbaycan və Ermənistanın gələcək nəsillərinin münaqişədən əziyyət çəkməsini istəmirik. Düşünürəm ki, Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək. Biz Ermənistan xalqının Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik”, - deyə Hikmət Hacıyev qeyd edib.
Digər Xəbərlər
24 Oktyabr 2026 14:09
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
24 Oktyabr 2026 12:40
Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçiriblər
24 Oktyabr 2026 10:23
Azərbaycan XİN Zambiyanı Milli Günü münasibətilə təbrik edib
24 Oktyabr 2026 10:22
“Bu əməliyyatlar baş tutsa da İranda rejimi dəyişəcək bir proses olmayacaq...”
24 Oktyabr 2026 10:18
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
24 Oktyabr 2026 09:01
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
24 Oktyabr 2026 08:40
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib - FOTOLAR
23 Oktyabr 2026 23:38


Bakı -°C

