Gələn aydan torpaq sahələri üzrə icarə ƏDV-yə cəlb edilməyəcək
Vergi Məcəlləsinə ediləcək dəyişikliklərdən biri də hüquqi şəxslər tərəfindən torpaq icarəsinə görə əldə edilən icarə haqqının ƏDV-dən azad olunmasıdır. Belə ki, gələn aydan etibarən torpaq sahələri üzrə icarə ƏDV-yə cəlb edilməyəcək".
Adalet.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu dəyişiklik təşviq xarakteri daşıyır və sahibkarların xərclərinin azalmasına, gəlirlərinin artmasına səbəb olacaq:
"Belə ki, torpaq sahələrinin icarəsini təklif edən sahibkarlar ƏDV ödəməkdən azad olunlar. Digər tərəfdən, bu sahibkarların xərcləri ilə yanaşı torpaqların icarə qiymətinə də təsir göstərə bilər. Belə ki, torpaqlar üzrə icarə qiyməti müəyyənləşən zaman 18.0 faizlik vergi də nəzərə alınaraq tərəflər razılaşırdı. Bu vergini hüquqi şəxsin ödəməsinə baxmayaraq tərəflər razılaşan zaman həmin xərc əksər hallarda qiymətdə nəzərə alınırdı.
Yeni ildən ƏDV ilə bağlı güzəşt tətbiq olunduğu üçün bu torpaqların icarə haqqlarının aşağı düşməsinə səbəb ola bilər. Bu dəyişiklik həm uçotun güclənməsinə, həm də sahibkarların dəstəklənməsinə xidmət edəcək".
Digər Xəbərlər
14 Noyabr 2026 15:19
Saatlıq minimum əməkhaqqı tətbiq ediləcək - Maaşlar artacaq
13 Noyabr 2026 14:30
Azərbaycan ilə Ermənistan arasında hansı məhsullar üzrə ticarət qurulub? – Millət vəkili açıqladı
13 Noyabr 2026 11:00
“Aqrar sektorun yükü artacaq, xərclər çoxalacaq və ziyanla işləmə başlayacaq”
13 Noyabr 2026 09:23
Azərbaycan yeni qaz yataqları kəşf edib
12 Noyabr 2026 21:57
Azərbaycan və Ermənistanın elektrik şəbəkələri birləşdirilə bilər
12 Noyabr 2026 21:56
Azərbaycan ərazisindən Ermənistana daşınan yükün miqdarı açıqlandı
12 Noyabr 2026 11:47
“Bu, hüquqi sabitlik və iqtisadi azadlıqların möhkəmlənməsi ilə birbaşa bağlıdır”
12 Noyabr 2026 10:11


Bakı -°C

