08 Aprel 2025 17:04
342
DÜNYA

Gənc alimin cəsədi parçalanmış halda TAPILDI

Londonda işləyən italyan alim Alessandro Coattinin cəsədi çamadanda parçalanmış halda tapılıb.

Adalet.az Nevs24.az-a istinadən xəbər verir ki, gənc alimin cəsədinin olduğu çamadanın Karib dənizinin Santa Marta şəhəri yaxınlığındakı dərəyə atıldığı bildirilir. 

Polis Alessandro Coattinin əllərinin, ayaqlarının və başının tapıldığını, lakin bədəninin digər hissələrinin hələ də tapılmadığını açıqlayıb.

Onu da qeyd edək ki, Santa Marta meri Karlos Pinedo Kuello qatilləri tutmağa kömək edənlərə pul mükafatı veriləcəyini açıqlayıb: 

"Bu cinayət cəzasız qalmayacaq. Biz ədalət bərqərar olana qədər qatilləri axtaracağıq".