“Gənclik” metrostansiyası gücləndirilmiş iş rejiminə keçəcək
"Qarabağ" Futbol Klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirəcəyi beynəlxalq oyunla əlaqədar Bakı metropoliteninin "Gənclik" stansiyası sabah matçın başlanma vaxtı ərəfəsindən gücləndirilmiş iş rejiminə keçiriləcək.
Adalet.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən kütləvi tədbirlərlə bağlı Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, saat 20:45-də başlanacaq qarşılaşmaya yollanacaq sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə bu stansiyaya növbətçilik cədvəli üzrə əlavə işçi qüvvəsi ayrılacaq.
Həmçinin "Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirlər diqqətdə saxlanılacaq, müvafiq nəzarət mexanizmləri tətbiq olunacaq.
Ümumən gün ərzində qatarlar yay qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Futbol oyununa azarkeş marağını nəzərə alaraq, görüş yekunlaşdıqdan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün əlavə tədbirlər görüləcək. Ehtiyac yaranacağı halda, əlavə ehtiyat qatarlar xəttə buraxılacaq.
Digər Xəbərlər
02 Yanvar 2026 22:16
Arda Güler üçün 80 milyon avroluq təklif
02 Yanvar 2026 09:00
"Liverpul" öz meydanında qalib gələ bilmədi
01 Yanvar 2026 20:00
Mahirin vurduğu qol ən yaxşılar sırasında - VİDEO
31 Dekabr 2025 09:21
Ronaldodan son 16 ildə bir ilk
31 Dekabr 2025 09:10
Məşhur futbolçu karyerasını yekunlaşdırdı
30 Dekabr 2025 11:44
Millimizin sabiq futbolçusu komandasının uduzacağına mərc edibmiş
29 Dekabr 2025 12:47
Azərbaycan çempionatında 16 böyükhesablı nəticə qeydə alınıb
29 Dekabr 2025 11:12


Bakı -°C

