24 Oktyabr 2024 16:36
294
DÜNYA

General Mark Millidən sonra Kamala Harris də Trampı "faşist" adlandırdı

ABŞ-ın vitse-prezidenti, noyabrda keçiriləcək prezident seçkilərində demokratların namizədi kimi seçkiyə qatılan Kamala Harris rəqibi respublikaçı Donald Trampın faşist olduğunu bildirib.

Adalet.az xəbər verir ki, Kamilla xanımın bu qərarı verməsinə səbəb Trampın keçmiş kampaniya meneceri Con Kellinin “The New York Times” qəzetinə verdiyi müsahibəsi olub. Kelinin "Tramp faşist Almaniyasının lideri Adolf Hitleri, eləcə də prezident olarkən onun ölkə Konstitusiyasına sadiqliyini tərifləyib” deməsi xanım Harris Trampın ünvanına "faşist" deyib. Trampın faşist olduğuna inanırmı- sualına Harris cavab verib. "Bəli, inanıram."

O əlavə edib ki, Tramp yenidən seçilərsə, o, “diktatorlara heyran olan faşist prezident” olacaq.

Qeyd edək ki, belə bir bəyanatla Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş rəhbəri, general Mark Milli xəbərdarlıq edib ki, Tramp faşistdir və buna görə də onun ABŞ prezidenti seçilmək perspektivindən narahatdır:Heç kim bu ölkə üçün Donald Trampdan daha təhlükəli olmayıb. İndi onun total faşist olduğunu başa düşürəm. O, bu ölkə üçün ən təhlükəli insandır".

 Əntiqə Rəşid