Gilqamışın məntiqinə görə - Aqşin Yenisey yazır
"Gilqamış" dastanında bir yer var: Qonşu ölkənin kralı Gilqamışa xəbər göndərir ki, ya öz ölkəni mənə təslim et, firavan yaşa, ya da sizi yer üzündən siləcəyik.
Gilqamış əvvəlcə Uruk şəhərinin qocalarını çağırıb deyir: Şərəfli müharibə, yoxsa rəzil firavanlıq? Qocalar rəzil firavanlığı seçirlər.
Bir gündən sonra eyni sual şəhərin gənclərinə verilir. Gənclər bir ağızdan deyir: "Əlbəttə ki, müharibə!"
Gilqamış düşünür: Tam əksinə olmalı deyildimi? Həyatlarının ən gözəl çağında gənclər nədən ölümü seçdilər və onsuz da ölüm ayağında olan qocalar nədən ölümdən qorxdular?
Məncə, burada çox incə bir məsələ var ki, Gilqamış onu anlamamışdı: Qocalar firavanlığı özləri üçün deyil, gənc oğulları üçün seçmişdilər. Gənclər isə ona görə müharibə istəyirdilər ki, atalarının yanında rəzil olmasınlar.
Bu, mənim məntiqimdir. Gilqamışın məntiqinə görə, Urukun qocaları, sadəcə, "çumo" idilər.
Digər Xəbərlər
24 Sentyabr 2026 09:26
Kosmosda “qaydaları pozan” planet kəşf edildi
24 Sentyabr 2026 09:11
Bu ölkələr torpaqlarını itirmək təhlükəsi ilə üz-üzədir - Köç planları hazırlanır
23 Sentyabr 2026 10:28
Ev şəraitində hazırlanan qidalara serfitikat tələb olunur?
22 Sentyabr 2026 16:44


Bakı -°C

