Gömrük Akademiyasının əməkdaşı və tələbəsi qəzada öldü
Bakıda yük avtomobili Dövlət Gömrük Akademiyasının əməkdaşını və tələbəsini vuraraq öldürüb.
Adalet.az xəbər verir ki, hadisə paytaxtın Zabrat-Maştağa yolunda qeydə alınıb.
Belə ki, Firdovsi Eyvazovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili hərəkətdə olan zamanda yolu keçmək istəyən - Ağdaş rayon sakini, 1975-ci il təvəllüdlü Ə.Mikayılovanı və Bakı sakini, 2004-cü il təvəllüdlü Elvin Əzizlini vurub. Onlar aldıqları xəsarətlər nəticəsində hadisə yerində vəfat ediblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ə.Mikayılova Dövlət Gömrük Akademiyasının işçisi, Elvin Əzizli isə həmin təhsil müəssisəsinin II kurs tələbəsi olub.(report)
Digər Xəbərlər
02 Oktyabr 2026 17:10
“Olimp Hospital”da əməliyyat olunan 44 yaşlı kişi öldü
02 Oktyabr 2026 12:42
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - YENİLƏNİB
02 Oktyabr 2026 12:36
Azərbaycan sərhədini pоzan 20 nəfər saxlanılıb
02 Oktyabr 2026 12:15
43 yaşlı kişi təcili yardım mərkəzinin həyətində öldü
01 Oktyabr 2026 19:07
Baş Prokurorluq: Hərbi qulluqçumuz Ermənistan ərazisində saxlanılıb
01 Oktyabr 2026 18:59
Azərbaycanlı hərbçi Ermənistan ərazisinə keçib?
01 Oktyabr 2026 11:58
Prokurorluq Kürdəmirdəki kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başladı
01 Oktyabr 2026 10:12


Bakı -°C

