Gömrükçülər növbəti dəfə "Yaşıl Marafon" genişmiqyaslı ağacəkmə tədbirlərində iştirak ediblər
Dekabrın 4-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaşıl Marafon" ağacəkmə kampaniyasına Dövlət Gömrük Komitəsinin rəhbərliyi və əməkdaşları, eləcə də "Könüllü gömrükçü" dəstəsinin üzvləri növbəti dəfə qoşulub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, "ASAN xidmət" mərkəzlərinin, Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmilərinin və əməkdaşlarının, eyni zamanda könüllülərin də qatıldığı kampaniya çərçivəsində Xocasən qəsəbəsində 4 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 4000-ə yaxın müxtəlif cinsli ağac əkilib.
Qeyd edək ki, "Yaşıl Marafon" kampaniyası çərçivəsində ağacəkmə tədbirləri bu gün Bakının Müşfiqabad qəsəbəsində və ölkənin digər regionlarında da keçirilib.
Digər Xəbərlər
24 Sentyabr 2026 12:14
Hava ilə bağlı - Xəbərdarlıq
24 Sentyabr 2026 00:05
Alyona Əliyeva 3 nömrəli xüsusi təhsil müəssisəsində - FOTOLAR
23 Sentyabr 2026 23:32
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTOLAR
23 Sentyabr 2026 17:15
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
23 Sentyabr 2026 04:05
Payız gəldi...
22 Sentyabr 2026 14:24
Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır
22 Sentyabr 2026 12:47
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib
22 Sentyabr 2026 12:14


Bakı -°C

