adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
20 Avqust 2020 23:42
42398
TEXNOLOGİYA

"Google" bütün xidmətlərinin işini bərpa edib

"Google" bu gün işində problem yaranan bütün xidmətlərin fəaliyyətini yenidən bərpa edib.

Adalet.az-ın məlumatına görə, ilk növbədə "Google Meet" videokonfrans xidmətindəki problem aradan qaldırılıb.

Daha sonra "GMail" poçt xidməti, "Google Drive" bulud yaddaşı, "Sənədlər", "Cədvəllər" və "Təqdimatlar" ofis xidmətləri, "Google Voice" və digərləri işini bərpa edib.