20 Oktyabr 2025 10:22
75
HADİSƏ

Goranboyda kafedə kütləvi dava -  xəsarət alanlar var

Goranboyda kafedə kütləvi dava olub.

Adalet.az xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndində fəaliyyət göstərən kafelərin birində qeydə alınıb.

Belə ki, kənd sakini 1997-ci il təvəllüdlü E. Alışov mübahisə zəmnində 1976-cı il təvəllüdlü E. Quliyev, 1973-сü il təvəllüdlü Z. Nağıyev və 1993-cü il təvəllüdlü E. Alışova bıçaqla xəsarət yetirib.

Mübahisənin səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.