Göyçayda silsilə oğurluqlar edən həmkəndlilər saxlanılıb
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mağaza və evlərdən silsilə oğurluqlar edən həmkəndlilər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, dekabr-yanvar aylarında polisə müraciət edən zərərçəkmişlər onlara məxsus ərzaq mağazasından pul və tütün məmulatları, evlərdən məişət əşyaları, eləcə də su nasoslarının oğurlandığını bildiriblər.
Daxil olmuş müraciətlər əsasında keçirilən tədbirlərlə oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Hüngütlü kənd sakinləri - Yalçın Qəribov və Qismət Hacıyev şübhəli şəxs qismində saxlanılıblar. Onlar ifadələrində əməllərini etiraf ediblər və cinayət yolu ilə əldə etdikləri məişət əşalarını dəyərindən ucuz qiymətə satdıqlarını, pulu isə öz aralarında böldüklərini bildiriblər.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır, saxlanılan şəxslərin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
Digər Xəbərlər
18 Mart 2026 19:16
Axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olundu
18 Mart 2026 16:20
16 yaşlı arvadını boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
18 Mart 2026 15:52
Türkiyədən qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
18 Mart 2026 12:43


Bakı -°C

