Gözləri yol çəkən Füzuli

Bu günlərdə ağcabədili ziyalı, ağsaqqal Eldar Əhmədov və “Yeni baxış” ictimai birliyinin sədr müavini Süleyman Quliyev Füzuli adına Yeni Qaradolaq kənd tam orta məktəbinin direktoru İlahə İbişovaya dahi şairimiz, böyük qəzəl ustadı Məhəmməd Füzulinin portretini hədiyyə etmişlər.Məktəbin direktoru İ.İbişova göstərilən diqqətə görə onlara təşəkkür etmiş, məktəbin tarixi və fəaliyyəti haqqında geniş məlumat vermişdir.
Yeri gəlmişkən, qeyd edək ki, hazırda məktəbdə 324 şagirdin təlim-tərbiyəsi ilə 40 nəfər müəllim məşğul olur. Məktəb 2016-cı ildə istifadəyə verilən müasir binaya köçmüşdür. Amma çox təəssüf ki, məktəbin adını daşıdığı, böük şairimiz Məhəmməd Füzulinin heykəli hələ də köhnə binanın, hazırda kənd uşaq bağçasının qarşısında baxımsız halda qalıb.
Heykəlin ətrafını ot, alaq alıb, rütubətli yerdə olduğundan başı mamırlayıb. Boynu bükük, xiffət çəkən bu abidə düz yeddi ildir ki, yeni ünvana, adını daşıyan Yeni Qaradolaq kənd tam orta məktəbinin yanına köçmək üçün Mədəniyyət Nazirliyindən hərəkət gözləyir:
Füzuli dərd əlindən dağa çıxdı,
Dedilər bəxtəvər yaylaqa çıxdı...
Adil Misirli
Digər Xəbərlər

Azərbaycan Universitetində Heydər Əliyevin 102-ci ildönümü qeyd edildi - FOTOLAR

Millət vəkili, yazıçı Aqil Abbasla görüş keçirilib - FOTOLAR

IV və VI sinif şagirdləri üçün monitorinqlər təşkil olunacaq
