Güləşçimiz dünya çempionatında bürünc medal qazanıb
Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında üçüncü olub.
Azərbaycan Güləş Federasiyasından Adalet.az-a bildirilib ki, yarışda 92 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz dünya çempionatına inamlı start verib. Millimizin üzvü cəmi 45 saniyə ərzində Hindistan təmsilçisinə tam üstünlüklə qalib gəlib. O.Nurməhəmmədov Avropa ikincisi olmuş Polşa güləşçisini də məyus edərək yarımfinala yüksəlib. Rusiya idmançısına məğlub olan təmsilçimiz Belarus təmsilçisinə qalib gələrək bürünc medal qazanıb.
Qeyd edək ki, Azərbaycanın sərbəst güləşçilərindən Abubakr Abakarov (86 kq) da bürünc medala sahib olub.
Digər Xəbərlər
03 May 2024 09:57
Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər
01 May 2024 15:38Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32