Günay Əfəndiyeva: “Hun-Türk Qurultayı kimi tədbirlərin Bursada və Şuşada..."
Macarıstanın Buğac bölgəsində 12-14 avqust tarixlərində Avropada ən böyük ənənəvi tədbirlərdən sayılan, 27 türk xalqının iştirak etdiyi təntənəli VII Hun – Türk Qurultayı gerçəkləşdirilib. Türk dünyasının birliyini təcəssüm etdirən beynəlxalq Qurultay Macarıstanın Budapeşt, Keçkement, Şiofok şəhərlərində də coşğuyla qeyd olunub.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qurultay iştirakçılarına təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Mən əminəm ki, Qurultaya qatılan hər bir Türk minilliklərə söykənən mədəniyyətin davamçısı və parçası olduğu üçün böyük fəxarət duymaqdadır. Qurultayda türk xalqlarının milli mədəniyyət nümunələrinin nümayiş etdirilməsi Avropa məkanında maddi-mənəvi dəyərlərimizin tanıdılması baxımından da önəmli rol oynamaqdadır”.
Fondun prezidenti türk xalqları arasında birlik və bərabərliyin möhkəmləndirilməsində son dərəcə əhəmiyyətli olan Hun-Türk Qurultayının təşkili münasibətilə Macar-Turan Fondunun prezidenti Andraş Bironu və əməyi keçən hər kəsi təbrik edib: “Bu cür maraq və əks-səda doğuran tədbirlərin, qürurlu anların Türk Dünyasının dörd bir yanında, o cümlədən Bursada və Şuşada, Türküstanda və Oşda, Səmərqənddə və Mərvdə də təşkil olunması mühim önəm daşımaqdadır. Beləliklə, Türklər olaraq, öz şanlı keçmişimizi bir daha xatırlayacaq, bugünümüzə nəzər salacaq və güc alaraq, əl-ələ parlaq gələcəyə doğru irəliləyəcəyik”.
Eyni zamanda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu VII Hun - Türk Qurultayında dəstəkçi təşkilat kimi çıxış edib. Fondun və Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın tanınmış tarzəni Arslan Növrəsli, Azərbaycanın əməkdar artistləri Nuriyyə Hüseynova, Qoçaq Əsgərov, Kamran Kərimov, kamança ustası Elnur Mikayılov və “Odlar Yurdu” rəqs qrupu Qurultayda iştirak edib. Sənətçilərin Türk Dünyasının zəngin musiqisini əks etdirən ifaları maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.
Digər Xəbərlər
26 Noyabr 2025 16:32
Xalq artisti Təranə Muradovanın yaradıcılıq gecəsi keçirildi
26 Noyabr 2025 15:44
Azərbaycan və Türkiyənin opera teatrları birgə layihələr həyata keçirəcək
25 Noyabr 2025 12:10
Kəlbəcərdə ilk dəfə Şəhər Günü keçirilir
24 Noyabr 2025 11:53
Türkiyənin məşhur zeytun yığımına qoşulun – bu mövsümi təcrübəni qaçırmayın! – FOTOLAR
21 Noyabr 2025 09:10
"AĞDAM VƏ MƏN" - "Ağ Damlı Adam" - Aqil Abbas haqda portret film - VİDEO
20 Noyabr 2025 13:30
QƏDİR, SƏSİNİ YARAMIN ÜSTÜNƏ SARIYIM
20 Noyabr 2025 12:29
Beynəlxalq Simpoziumda Azərbaycan multikulturalizmi modelindən danışılıb
20 Noyabr 2025 11:04


Bakı -°C

